KADR İŞİ

Energetika nazirindən yeni - Təyinat
31 YANVAR
612

Energetika nazirindən yeni - Təyinat

2018-01-31 18:37:00

Samir Əli Hüseyn oğlu Axundov Energetika Nazirliyinin tabeliyində “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov 30 yanvar 2018-ci il tarixində bu təyinat barədə əmr imzalayıb.

Qeyd edək ki, S. Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, "Siemens AG" Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, "Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman- Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276