KADR İŞİ

Vəkillər Kollegiyasına üzvlüklə bağlı imtahanının nəticələri açıqlanıb
29 YANVAR
283

Vəkillər Kollegiyasına üzvlüklə bağlı imtahanının nəticələri açıqlanıb

2018-01-29 09:45:00

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Fins.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 18:05-dən etibarən Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin  internet saytında elan edilib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçmişdir. 93 namizəd imtahana gəlməmişdir. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Ən yüksək nəticə 90 bal olub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276