KADR İŞİ

İş masasında səliqəsizlik işin effektivliyini artırır
05 YANVAR
590

İş masasında səliqəsizlik işin effektivliyini artırır

2018-01-05 09:08:00

Yəqin ki, bir çoxlarımız iş masamızın üzərindəki səliqəsizlik ilə bağlı müdirin iradlarını dinləmişik. Müdirlər belə hesab edirlər ki, masamızın üzərindəki “zibillər” fikir qarışıqlığı yaradır və işçiyə öz öhdəliklərini effektiv şəkildə icra etməyə mane olur. Lakin belə məlum olub ki, bu, heç də belə deyil.

Hər şey əksinədir. Belə ki, Groningen universitetinin alman alimlərinin bir sıra araşdırmadan sonra gəldiyi nəticəyə görə, iş masasında səliqəsizlik və qarışıqlıq iş effektivliyini endirməməklə yanaşı, əməkdaşın kreativ düşünməsinə də kömək edir. 

Ümumilikdə, alman alimlər ofis işçilərinin iştirak etdiyi altı eksperiment həyata keçirib. Könüllülər iş masası arxasında əyləşdirilir və müəyyən tapşırıqları icra etmək xahiş edilir. Bu zaman onların bəziləri dağınıq, səliqəsiz masa arxasında, bəziləri isə nizam-intizamlı masada çalışır. Bununla yanaşı, alimlər eksperiment iştirakçılarını kənardan, yəni öz iş masalarından izləyir.

Əldə edilən məlumatları toplayan və təhlil edən alimlər belə qənaətə gəlib ki, iş masasında səliqəsizlik işin effektivliyinə müsbət təsir edir. Kağız və digər predmetlərlə dolu olan masa arxasında əyləşən işçi qarşıda dayanan tapşırıqlara daha orijinal qərarlar tapır. Alimlər bu fenomeni onunla izah ediblər ki, masa üzərində dağınıqlıq görən şəxs bütün diqqətini tapşırığın icrasına yönləndirməyə və onu mümkün qədər daha yaxşı etməyə çalışır. 

Bir faktı xatırlayaq ki, bir çox məşhur alimlər iş masalarının üzərində səliqə yaratmaq vərdişinə sahib deyildilər. Kağız və digər predmetlər yığını onlara effektiv işləməyə mane olmayıb. Məsələn, Albert Eynşteyn kağızlarla dolu masa arxasında işləyərdi. Həmçinin, Roald Dal da öz povestlərini dağınıq mühitdə yaradırdı.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258