KADR İŞİ

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
18 DEKABR 2017
171

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

2017-12-18 10:25:00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 39 nəfəri imtahana gəlməyib.

İmtahan nəticələri dünən  saat 17:50-dən etibarən DİM-in saytında yerləşdirilib.

Nəticələrinə əsasən BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 34 nəfər, BA3 altqrupu üzrə 46 nəfər, BA4 altqrupu üzrə 71 nəfər, BB1 altqrupu üzrə 168 nəfər, BB2 altqrupu üzrə 154 nəfər, BB3 altqrupu üzrə 238, BB4 altqrupu üzrə 268  olmaqla, ümumilikdə 990 namizəd  tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

BA vəzifə qrupu üzrə imtahanda təqdim olunan 100 test tapşırığından 20-si açıq tiplidir. Namizədlərin fənlər üzrə açıq tipli test tapşırıqlarını düzgün cavablandırma faizi aşağıdakı kimidir:

Azərbaycan dili – 40 %; Qanunvericilik – 23 %; İnformatika – 34 %; Məntiq – 49 %.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün dekabrın 18-dən dekabrın 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-  ali təhsil haqqında sənədin surəti;

-  əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 18‑19 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300