KADR İŞİ

Dövlət orqanlarında vakant vəzifələrin tutulmasının ümumi şərtləri müəyyənləşdirilib
13 DEKABR 2017
890

Dövlət orqanlarında vakant vəzifələrin tutulmasının ümumi şərtləri müəyyənləşdirilib

2017-12-13 12:47:00

 Azərbaycan Nazirlər Kabineti “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ni təsdiq edib.

Fins.az-ın xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadəimzalayıb.

Ümumi Şərtlər birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərini müəyyən edir.

Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları Nazirlər Kabinetinin müəyyən etdiyi Ümumi Şərtlərə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən qəbul edilir.

Ümumi Şərtlər “Təhsilə dair tələblər”, “İş stajına dair tələblər” və “Bilməlidir” hissələrindən ibarətdir.

“Təhsilə dair tələblər” hissəsində vəzifənin tutulması üçün zəruri olan ali təhsil müəyyən edilir. Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında təhsilə dair bu tələblərdən biri müəyyən edilir:

ixtisas (ixtisaslar),

ixtisas istiqaməti (ixtisas istiqamətləri) və ya ixtisaslar qrupu (ixtisaslar qrupları),

ixtisas istiqaməti (ixtisas istiqamətləri) və ya ixtisaslar qrupu (ixtisaslar qrupları) və ixtisas (ixtisaslar).

Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında ixtisas, ixtisas istiqaməti və ya ixtisaslar qrupu göstərilmədən ali təhsil müəyyən edilə bilər.

“İş stajına dair tələblər” hissəsində vəzifənin tutulması üçün zəruri olan ümumi iş stajına və dövlət qulluğunda qulluq stajına dair tələb müəyyən edilir. Ümumi Şərtlərdə iş stajına və dövlət qulluğunda qulluq stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında bu sahələrdən biri üzrə iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

Struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə qulluq funksiyaları,

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil.

Ümumi Şərtlərdə iş stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında sahə göstərilmədən iş stajı və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilə bilər.

Ümumi Şərtlərdə dövlət qulluğunda qulluq stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifə təlimatlarında vəzifə üzrə tələb olunan ixtisas dərəcəsi müəyyən edilə bilər.

“Bilməlidir” hissəsində vəzifənin tutulması üçün zəruri olan minimal biliklər müəyyən edilir. Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında digər zəruri biliklər müəyyən edilir, habelə xarici dil və kompüter biliklərinə dair tələblər də nəzərdə tutula bilər.

Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması məqsədi ilə dövlət orqanları vəzifə təlimatlarını digər aidiyyəti sənədlərlə birlikdə Mərkəzə təqdim edirlər. Təqdim edilmiş sənədlərdə hər hansı dəyişiklik olduqda, dövlət orqanı bu barədə 1 ay müddətində Mərkəzə məlumat verməlidir. Mərkəz məlumatları “Vəzifələr haqqında məlumat bazası”na daxil edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260