KADR İŞİ

Son bir ildə 150 mühasib sertifikasiya imtahanından keçib
27 OKTYABR
244

Son bir ildə 150 mühasib sertifikasiya imtahanından keçib

2017-10-27 11:19:00

Son bir ildə 150 nəfər mühasiblərin sertifikasiya imtahanında keçib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri Rüfət Mahmud oktyabrın 27-də Bakıda keçirilən "MHBS 9-un tətbiqi və çağırışlar" mövzusunda keçirilən "İllik Mühasiblər Forumu 2017"də deyib.

R.Mahmud qeyd edib ki, bugünkü forum Maliyyə hesabatlarının beynəlxalq standartı (MHBS 9) barədə iştirakçıların geniş məlumatlandırılmasında mühüm rol oynayacaq. Qeyd edib ki, İllik Mühasiblər Forumu müxtəlif sektorda çalışan peşəkar mühasiblərin görüşdüyü, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə sahəvi mövzuların müzakirəsi üçün bir platformadır. Forumda mühasiblərin peşəsində şəffaflıq və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə edilir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291