KADR İŞİ

Dövlət qulluğu sahəsində 8 minədək boş yer var
24 OKTYABR
1232

Dövlət qulluğu sahəsində 8 minədək boş yer var

2017-10-24 15:03:00

Hazırda bütün dövlət qurumlarında olan ştat cədvəllərinin, işləyən insanların dövlət qulluğundakı statusunun monitorinqi aparılır.

Fins.az-ın APA-ya istinadən xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, ilin sonunda bununla bağlı ölkə rəhbərliyinə məlumat veriləcək.

O, dövlət qulluğu sahəsində 8 minə yaxın boş yer olduğunu qeyd edib.

M. Abbaszadə bildirib ki, hazırda müəyyən nazirliklər birləşdirilir, komitələr ləğv olunur, yeni xidmətlər yaranır: “Buna əsasən, dövlət qurumlarındakı ştat cədvəlləri dəyişə bilər. Ona görə də hazırda həmin dəqiqləşmə aparılır ki, boş yerləri vaxtında müəyyənləşdirib, vaxtında əhaliyə məlumat verək. İlk imtahanla bağlı elan veriləndə müsabiqədə ali təhsilli insanlar iştirak edə biləcək. Bu imtahanlardan sonra onlar sertifikat olacaq və qarşıdakı 5 il ərzində həmin təsnifata uyğun olaraq, istədikləri vakansiyalara uyğun müsahibələrdə iştirak edərək biliyini sınaya biləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291