KADR İŞİ

Vergilər naziri departament rəhbərini və müavinini işdən azad etdi
21 SENTYABR
1256

Vergilər naziri departament rəhbərini və müavinini işdən azad etdi

2017-09-21 11:16:00

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. Nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.

Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifəsindən azad edilib.

Adıçəkilən departamentə rəhbər təyinatı hələ yoxdur.

N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib. 

Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib.

 © Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291