KADR İŞİ

Milli İnsan Resusrları Forumu keçiriləcək
29 AVQUST
345

Milli İnsan Resusrları Forumu keçiriləcək

2017-08-29 10:11:00

Milli İnsan Resursları Forumu (MİRF) bu il 29 sentyabrda Nizami Kino Mərkəzində 3-cü dəfə olaraq keçiriləcəkdir.

Milli İnsan Resursları Forumu (MİRF) ölkəmizdə insan resursları sahəsində görülən işlər, milli keyslər, bu sahədəki beynəlxalq trendlər və onların lokal tətbiqlərinin sahənin peşəkarları tərəfindən müzakirə olunduğu tədbirdir. MİRF bu sahədə çalışan və insan resurslarının inkişafında könüllü olan iş adamları tərəfindən qeyri-kommersiya əsasları ilə 2015-ci ildən başlayaraq illik olaraq keçirilməkdədir.

Təşkilatçıların sözlərinə görə bu il 3-cüsü keçiriləcək tədbirdə əvvəlki illərdə fərqli olaraq CEO panel də təşkil olunacaqdır. Bu panelə dəvət olunacaq şirkət rəhbərləri ilə müzakirələr zamanı şirkətlərimizdə İR ilə şirkət rəhbərləri arasındakı münasibətlərə toxunulacaq.

Forumda insan resursları sahəsində çalışan peşəkarlar, şirkət rəhbərləri və təsisçiləri, təlimçilər, tədris mərkəzləri işçiləri, bu sahə üzrə təhsil sistemi işçiləri və yeni çalışmağa başlayanlar və sahəyə marağı olan hərkəs iştirak edə bilər. İştirak etmək istəyənlər, MİRF2017 biletlərini www.azmirf.com saytında qeydiyyatdan keçərək və ya aşağıdakı nömrələrlə əlaqə saxlayaraq əldə edə bilərlər: 01248009440502545694.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293