KADR İŞİ

Notarius vəzifələrinə sənədlərin qəbulu elan olunur
31 İYUL
1217

Notarius vəzifələrinə sənədlərin qəbulu elan olunur

2017-07-31 15:39:00

Ölkə başçısının rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımızın davamlı inkişafı təmin olunmuş, mülki münasibətlərin dairəsi xeyli genişlənmişdir.

Bu münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat təsisatının müasirləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, beynəlxalq təcrübə nəzərə alınmaqla xüsusi notariat institutu tətbiq edilmiş və şəffaf müsabiqələr yolu ilə yeni notariuslar korpusu formalaşdırılmışdır.

Notariat fəaliyyətinin daha səmərəli təşkil olunması, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu sahədə işlər davam etdirilməkdədir.

Hazırda Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyən “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün sənədlərin qəbulu elan olunur.

Test imtahanında iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2017-ci ilin avqust ayının 1-dən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.

Xatırladırıq ki, “Notariat haqqında” Qanunun və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq test imtahanından uğur qazanmış namizədlər növbəti mərhələ olan müsahibəyə buraxılırlar. Мüsahibəni müvəffəqiyyətlə başa vuranlar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar həmçinin, notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.

Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.

Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287