KADR İŞİ

SOCAR-ın Tədris İdarəsində audit aparılıb
21 İYUL
238

SOCAR-ın Tədris İdarəsində audit aparılıb

2017-07-21 09:25:00

İyulun 19-20-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Türk Akkreditasiya Təşkilatının nümayəndələri tərəfindən növbəti auditin keçirilməsi ilə bağlı müvafiq mütəxəssislərin iştirakı ilə toplantı keçirilib.

Fins.az-ın verdiyi xəbərə görə, TTSİ-nin rəisi Fuad Süleymanov auditorların nəzərinə çatdırıb ki, idarə qaynaq texnologiyalarını beynəlxalq standartların tələblərinə uyğun şəkildə tətbiq edir, kollektiv və fərdi müraciətlərə əsasən TS EN ISO / IEC 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və TS EN ISO 9606-1 “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartlarının tələb və şərtlərinə uyğun olaraq müxtəlif qaynaq metodları üzrə qaynaqçı personalı üçün nəzəri və praktiki sınaqlar keçirir. 

Bu sınaqlardan müvəffəqiyyətlə çıxan qaynaqçılara SOCAR və ya beynəlxalq TÜRKAK loqolu sertifikatlar təqdim olunur. Baş auditor, Türk Akkreditasiya Təşkilatının nümayəndəsi Seher Batur və TURKAK-ın texniki mütəxəssisi Özlem Karamanın iştirak etdikləri toplantıda auditin keçirilmə proseduru haqqında məlumat verilib.

İkigünlük audit zamanı TTSİ-nin müvafiq fəaliyyət sahələri yoxlanılıb, auditorlar görülən işləri müsbət qiymətləndirilib və akkreditasiya müddətinin davamına qərar verilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294