KADR İŞİ

Uğurlu insanların maraqlı xobbiləri
19 İYUL
433

Uğurlu insanların maraqlı xobbiləri

2017-07-19 13:59:00

Uğurlu insanların həyatı uğurlu olmaq istəyənlər tərəfindən  maraqla qarşılanır.Ancaq onların necə zəngin olduqları çox insanın maraq dairəsinə girir. Bu yazımızda uğurlu və zəngin insanların maraqlı xobbilərindən bəhs edəcəyik.

1.Richard Branson
Hamımız Bransonı müxtəlif cür bol atraksiyonu, adrenalin dolu xobbi icra edərkən görmüşük.Amma uğurlu milyarderin ən sevdiyi xobbisi heyrətamiz dərəcədə səssizdir:
“Şahmat bu dünyadakı ən gözəl oyun ola bilər”demiş. "Bir çox fərqli taktika, planlaşdırma, cəsarət və risk almağı tələb edir; eynilə milyard dollarlıq bir şirkəti idarə edərkən etməyiniz lazım olduğu kimi".
2.Jack Dorsey
Twitter və Square-i bərabər zamanla idarə edərkən hər nə qədər çox da başını qaldıracaq vaxt tapmasa da, yaraşıqlı milyarderin ən sevdiyi xobbisi hər şənbə mütləq etməyə çalışdığı təbiət gəzintiləriymiş.
3.Peter Thiel
İdmanlarının vurğunu, bir başqa uğurlu adı isə PayPal-ın ortaq qurucusu Thiel.Ən sevdiyi xobbisi uzun yürüşləri və serfinqdir. 
4.Bill Gates
Tam bir kart oyunu tutqusu olan Gatesi əslində bu, xobbiyə, yaxın dostu Warren Buffet yoluxdurmuşdur. Oyunu oynamağı Buffetden öyrənən Gates, sonradan tam mənasıyla bu oyunun tutqusuna çevrilib. 
5.Warren Buffett
Warren Buffet demişkən, ən sevdiyi xobbi bir gitara növü olan "ukulele" çalmaqdır. Buffet bu aləti çalmağı,bir zamanlar bir qızı cəlb etmək  üçün öyrənmişdi.İşə yaradı mı görəsən.. 
6.Marc Benioff
Salesforce İcraçı Direktoru Beniof isə sakitlik həvəskarıdır. İllər əvvəl, iş həyatının stressiylə başa çıxmaq üçün bütün düşüncələrdən uzaqlaşmağı öyrənməyə başlamış və o vaxtdan bəri də bunu hər kəsə aşılamağı bir növ missiya etmiş vəziyyətdədir.
7.Marissa Mayer
Yahoo-nun sahibəsi isə  şirniyyatçılığa aşırı dərəcədə düşkünüydü . Boş vaxtlarında dayanmadan və davamlı olaraq yeni yeni vəsaitlərlə cupcake edirmiş.
8.Sergey Brin
Google-un ortaq qurucusu  və Alphabetin də İcraçı Direktoru olan Brinin isə ən sevdiyi xobbi akrobatikadır! Çox ciddi tarazlıq tələb edən hərəkətləri bacara bilmək üçün eyni zamanda yoqaynan da məşğul olur.
9.Elon Musk
Muskın çoxsaylı maraq dairəsi var. Məsələn, bunlardan biri, Ceyms Bond kolleksiyasıdır. 2013-ci ildə, 007-nin özü tərəfindən istifadə edilən bir Lotus Esprit-ə haradasa 1 milyon dollar ödəyib.
"Filmdə Bondun avtomobili tək tuşla sualtı gəmisinə çevirə bilməsindən uşaq kimi təsirlənmişdim.Açığı həqiqətən çevrilmədiyini görəndə bir az incidim". Bu cümlənin zarafat olduğundan çox da əmin deyilik açığı. Nə də olsa Musk, həqiqətən bunu belə olduracaq qədər aşırı çılğın biriydi.
10.Sandy Lerner
Cisco-nun ortaq xanım qurucularından biri olmuşdur.Ən böyük tutqusu, Həqiqi mənada hər dövrün kostyumlarıyla bərabər at təpəsində duel etməkdir.Hətta sırf bu iş üçün Virciniyada bir çiftlik alıb və orada öz atlarını böyüdür.
11.Steve Wozniak
Hər nə qədər Wozniakla Jobsun yolunu zamanında kəsişdirən şey qaçaq Bob Dylan albomları olsa da, təbii ki, Apple-ın ortaq qurucusunun əsas tutqusu olduğu xobbi, segway polo-dur (idman növü). 
12.Nathan Myhrvold
Son olaraq, Intellektual Ventures-in ortaq qurucusunun xobbiləri də xeyli maraqlıdır:dinozavr süvinerləri toplamaq və aşpazlıq.Özünün bir çox mükafatlı yemək kitabı var. Kitabların formatı isə olduqca xoş və modernistdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287