KADR İŞİ

Xəyallarımızın işini tapmaq üçün nə etməliyik?
14 İYUL
548

Xəyallarımızın işini tapmaq üçün nə etməliyik?

2017-07-14 16:52:00

Həvəsin olanı tap

“Həvəssiz dünyada heç bir əhəmiyyətli iş görülmür” Qeorq Qeqel
Nə ilə məşğul olmaq istəyirsən? İstədiyin peşələri özün üçün yaz. Sonra siyahıya diqqətlə nəzər yetir. Burada sən heç də arzulara bənzəməyən peşələri görəcəksən. Lakin içində məhz o, sənin arzun tapılacaqdır. Məhz həmin zaman arzularını yerinə yetirməyə başlamaq istəyirsən.

İşin gəlirini qiymətləndir

Sənin arzularının işi yüksək maaşlı və az maaşlı ola bilər. Əgər iş yaxın gələcəkdə yetərincə pul vəsaiti qazandıracaqsa, narahat olmağa bir səbəb yoxdur. Əgər az maaş və riskli bir işdirsə burada səni çətinliklər gözləyir. İşini maddi tərəfdən araşdır. Həmişə bir çıxış yolu tapmaq olar.

Plan qur

“Heç bir zaman səhvə yol verməyən uğurlu insan anlayışı yoxdur. Yalnız səhv edib və sonradan bu səhvlərdən dərs alaraq planlarını dəyişən uğurlu insanlar var. Mən məhz belə oğlanlardanam” Stiv Cobs
Aydın məqsədlər plana ehtiyac duyurlar. Xəyallarınızın işi özü sizə gələn deyil. Bu məqsədə çatmaq üçün sizə nə lazımdır? Təcrübə və biliklər? Kursları bitirmək? Oxumaq? Lisenziya almaq?
Həyatında qurduğun ən dəqiq planlarından birini qur. Strateqiyaları qeyd et və işlərin gedişatını düşün. Plan nə qədər dəqiq və zəngin olarsa, uğur bir o qədər sizə yaxın olacaq. Amma unutma ki, ən dəqiq qurulmuş plan belə hadisələrin inkişafı ilə dəyişikliklərə məruz qalacaqdır.

Xəyallarınızın işinə hazır olun 

Bir çox insanlar işlərini dəyişməyə qorxurlar. Dərhal işdən çıxmaq lazım deyil. Keçid dövrü üçün pula ehtiyacınız olacaqdır. Xəyallarınızın yerinə yetirməyə hazır olmalısınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285