KADR İŞİ

"Dövlət qulluğunda 6 mindən çox vakant yer var" – SƏDR
26 MAY
3757

"Dövlət qulluğunda 6 mindən çox vakant yer var" – SƏDR

2017-05-26 12:29:00

“Dövlət qulluğuna qəbul imtahanlarının müsahibə mərhələsi üzrə qaydalar hələ təsdiqlənmədiyi üçün bu imtahanları hələ keçirə bilmirik”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZTV-də yayımlanan “Günün nəbzi” proqramında deyib ki, dövlət qulluğuna qəbul imtahanları üzrə birinci mərhələnin qaydaları və imtahan tarifləri artıq təsdiqlənib: “ Dövlət qulluğuna qəbul üzrə qanunvericilikdə müəyyən dəyişikliklər nəzərdə tutulub. Bu yaxınlarda Milli Məclisdə həmin dəyişikliklər müzakirəyə çıxarılacaq. Qaydalar qəbul edildikdən sonra bu imtahanların keçirilməsi üçün hüquqi  mühitdə fəaliyyətimizə başlayacağıq”.

M.Abbaszadə vurğulayıb ki, hazırda dövlət qulluğu üzrə 6 mindən çox vakant yer var və  bu ciddi problemdir: “Həmin vakant yerlərin tutulması üçün imtahanlar vaxtı vaxtında keçirilməlidir. Amma hazırda bunun üçün hüquqi mühit yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0035
  • ₽ RUB
    0.0286