KADR İŞİ

Universitet dekan və müəllimlər axtarır – SİYAHI
24 MAY
850

Universitet dekan və müəllimlər axtarır – SİYAHI

2017-05-24 16:20:00
Bir sıra universitetlər yeni dərs ili üçün müəllimlər axtarırlar. Bu, ali məktəblərdə yeni ixtisasların açılması və ya müasir tələblərə cavab verən kardların işə cəlb edilməsi məqsədləri ilə bağlıdır. 
Fins.az xəbər verir ki, bu dəfə Lənkəran Dövlət Universiteti yeni vakansiyalarını elan edib. Universitetdə ümumilikdə 13 dekan və müəllim yeri boşdur. Həmin vəzifələrə təyinat namizədlər arasında müsabiqə yolu ilə aparılacaq. 
Lənkəran Dövlət Universitetində vakant yerlər aşağıdakılardır:
“İqtisadiyyat və idarəetmə” fakültəsi - dekan
“Humanitar” fakültə - dekan
İqtisadiyyat və marketinq kafedrası - kafedra müdiri 
Humanitar fənlər kafedrası - kafedra müdiri
Texnologiya və texniki fənlər kafedrası - kafedra müdiri
Biznes və idarəetmə kafedrası - kafedra müdiri
Baytarlıq və aqrar fənlər kafedrası - kafedra müdiri
Xarici dillər kafedrası:
Baş müəllim - 1yer
Müəllim - 2 yer
Biznes və idarəetmə kafedrası:
Dosent - 1 yer
Texnologiya və texniki fənlər kafedrası:
Dosent -1 yer
Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrası:
Professor - 1 yer, 0,5 ştat
Ərizələrin qəbulu 2017-ci il iyunun 5-dək Universitetdə aparılacaq.  Əsasnaməyə uyğun olaraq sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana göndərilməli və ya şəxsən təqdim edilməlidir.
Ünvan: Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 50
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297