KADR İŞİ

Azərbaycan Ali Hərbi Məktəbi müəllimlər axtarır – SİYAHI
23 MAY
946

Azərbaycan Ali Hərbi Məktəbi müəllimlər axtarır – SİYAHI

2017-05-23 09:45:00
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi 2017-2018-ci tədris ili üçün  mülki vakant vəzifələrə müsabiqə elan edib. Fins.az xəbər verir ki, məktəbdə ümumilikdə 65 nəfər professor, dosent və müəllimə ehtiyac var. 8 kafedrada mövcud olan vakansiyalar bunlardır:   
1. Dillər kafedrası:
Baş müəllim (ingilis dili) - 4 yer
Müəllim (ingilis dili) - 5 yer
Baş müəllim (rus dili) - 1 yer
Müəllim (rus dili) - 1 yer
Müəllim (erməni dili) - 1 yer
2. Fundamental və təbiət fənləri kafedrası:
a) Ali riyaziyyat silsiləsi üzrə:
Professor - 1 yer
Dosent - 2 yer
Baş müəllim - 4 yer
Müəllim - 2 yer
b) Fizika silsiləsi üzrə:
Silsilə rəisi - 1 yer
Professor - 1 yer
Müəllim - 2 yer
c) Kimya silsiləsi üzrə:
Baş müəllim - 2 yer
3. Texniki fənlər kafedrası:
a) Ümumtexniki fənlər silsiləsi üzrə:
Professor - 1 yer
Dosent - 2 yer
Baş müəllim - 5 yer
Müəllim - 4 yer
b) Tətbiqi mexanika silsiləsi üzrə:
Dosent - 2 yer
Baş müəllim - 3 yer
Müəllim - 3 yer
4. İnformatika kafedrası:
a) İnformasiya sistemlərinin texniki təminatı silsiləsi üzrə (Avtomatlaşdırılmış İdarəetmə Sistemləri):
Professor - 1 yer
b) İnformasiya sistemlərinin proqram təminatı silsiləsi üzrə (Avtomatlaşdırılmış İdarəetmə Sistemləri):
Baş müəllim - 1 yer
c) İnformatika silsiləsi üzrə (İnformatika):
Baş müəllim - 2 yer
Müəllim - 1 yer
5. Humanitar və Sosial Fənlər kafedrası:
a) Hərbi fənlər silsiləsi üzrə:
Dosent (Hərbi pedaqogika və psixologiya) - 1 yer
b) Humanitar və Sosial Fənlər silsiləsi üzrə:
Dosent (Natiqlik məharəti) - 1 yer
Dosent (Azərbaycan tarixi) - 1 yer
Baş müəllim (Nitq mədəniyyəti) - 1 yer
Müəllim (Nitq mədəniyyəti) - 1 yer
Baş müəllim (Etika və estetika) - 1 yer
Baş müəllim (Azərbaycan Respublikasının Konstitusiyası və Hüququn əsasları) - 1 yer
6. Hərbi Dəniz Qüvvələri fakültəsinin Gəmiçilik və radiotexniki sistemlər kafedrası:
Dəniz naviqasiyası silsiləsi üzrə:
Dosent (şturman) - 1 yer
Baş müəllim (şturman) - 1 yer
7. Hava Hücumundan Müdafiə fakültəsinin Hava Hücumundan Müdafiə silahları və Radiotexnika mühəndisliyi kafedrası:
Radiotexnika mühəndislik silsiləsi üzrə:
Dosent (elektrik dövrələrinin nəzəri əsasları) - 2 yer
8. Hərbi Hava Qüvvələri fakültəsinin Aviasiya mühəndisliyi kafedrası:
Uçuş aparatları və mühərriklər silsiləsi üzrə:
Dosent - 1 yer
Baş müəllim - 1 yer
Qeyd edək ki, Ali Məktəbə tədria Azərbaycan dilindədir. Yeni əməkdaşlar müsabiqə yolu ilə qəbul ediləcək. Professor vəzifəsini tutmaq üçün müsabiqədə professorlar və elmlər doktorları iştirak edə bilərlər. Dosent vəzifəsini tutmaq üçün müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və elmlər namizədləri (fəlsəfə doktorları) iştirak edə bilərlər.
Şərtlərə görə, baş müəllim vəzifəsinə elan olunmuş müsabiqədə bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan elmlər namizədləri (fəlsəfə doktorları) və ya ən azı 5 illik elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunan elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müəllim vəzifəsinə müsabiqədə elmi-pedaqoji və ixtisası üzrə ən azı 1 il iş stajı olan elmlər namizədləri (fəlsəfə doktorları), eləcə də ən azı 3 il elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunan elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müsabiqəyə qatılmaq istəyən namizədlər məktəb rəisinin adına ərizə yazmalıdırlar. Eyni zamanda aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Kadrların şəxsi qeydiyyat vərəqəsi;
- Ali təhsil, elmi ad və elmi dərəcə haqqında sənədlərin surəti (notarial qaydada təsdiq olunmuş);
- Tərcümeyi-hal;
- Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq olunmuş siyahısı (müdafiəyə qədər və sonra).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289