KADR İŞİ

Əmək müqavilələrinin müddəti dəyişdirilir
12 MAY
3041

Əmək müqavilələrinin müddəti dəyişdirilir

2017-05-12 13:04:00

 Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirə olunub.

Dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq.

Hazırki qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir. 

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu, vətəndaşların xeyrinədir: "Çünki müddət əvvəllər 5 illik idi, indi sə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli olanın vaxtını artıq tərəflər müəyyən edəcək neçə il olsun".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287