KADR İŞİ

Biznes, yoxsa dövlət işi – HANSINI SEÇƏK?
12 MAY
745

Biznes, yoxsa dövlət işi – HANSINI SEÇƏK?

2017-05-12 11:57:00
Bəzilərini həyat seçim qarşısında qoyur: dövlət qulluğu ya kommersiya müəssisəndə iş yeri tapmaq. Karyeranı harda quraq? Bu suala birmənalı şəkildə cavab vermək çətindir. Hər şey konkret vəziyyətdən, həyat məqsədlərindən, xasiyyətin incəliklərindən asıllıdır. Hər sahənin öz mənfi və müsbət cəhətləri var.

İki aləmin müharibəsi

Qeyd etmək lazımdır ki, biznesdə dövlət işçilərini, xüsusilə də orada böyük təcrübəsi olanları çox da sevmirlər. Buna görə biznes strukturlarında işləməyi seçdinizsə, dövlət sektorunda uzun müddət oturmaq tövsiyə edilmir. Amma həyatın bəzi mərhələləri üçün bu heç də pis variant deyil. Gəlin müəyyən edək, kimin üçün hansı daha uyğundur?

Ali məktəb məzunu

Əgər siz gənc və iddialısınızsa, hər şeyi  tez bir zamanda istəyirsinizsə - onda yalnız biznesə üz tutun. Dövlət qulluğu səbr edənləri sevir. Düzdü, ilk zamanlar hər ikisində əmək haqqı, demək olar ki, eynidirş Lakin sonradan fərq daha əhəmiyyətli ola bilər. Biznesdə maaşlar daha yüksək olur, amma yenə də müəyyən bir mərhələyədək. Dövlət işinin bəzi vəzifələrində yaxşı pul qazana bilərsiniz, lakin o mövqelərə çatmaq da müşkül məsələdir. Adətən, həmin vəzifələrdə adamlar uzun müddətli otururlar.
Əyər siz hələ də ali təhsil alırsınızsa, lakin işləmək istəyirsinizsə, dövlət xidmətini seçin. Birincisi, oradan akademik məzuniyyətə çıxmaq daha asanddı.
İkincisi, istədiyiniz təqdirdə siz faydalı və lazımi əlaqələr yaradacaqsınız. Yeri gəlmişkən, Azərbaycanda bu cür əlaqələr hələ də puldan daha üstün sayılır.

Təcrübəli işçi

Dövlət qulluğunda işləyənlər bu sektorun əsas üstünlüyünü stabillikdə görürlər. Bir çox büdcə təşkilatlarında sabahkı günə əminlik və güvənlik hiss edilir. Nə dövlət rəhbərliyinə,  nə də böhrana baxmayaraq dövlət məmurları üçün həmişə iş var. Kommersiya firmasında isə işlər ölkənin iqtisadi mühitinə bağlıdır. Ona görə də əgər siz 40 yaşına yaxınlaşırsınızsa və karyeranızda böyük nailliyətlər əldə etməmisinizsə, dövlət qulluğuna keçin və rahatlıqla işləyin.
Ola bilsin siz maaşda uduzacaqsınız, amma digər məsələlərdə udacaqsız. Vergidə bəzi endirimlər alacaqsız, sığortalanacaqsız və s. Bəzi dövlət qurumları hələ də sanatoriyalara və istirahət evlərinə göndərişlər verirlər. Siz məzuniyyətinizindən tam zamanında və bütöv faydalana bilərsiniz.

Təcrübəli dövlət işçisi

Əgər siz 10 ildən artıq dövlət qulluğçusunuzsa və kiçik şöbənin müdiri vəzifəsindən yuxarı qalxmamısınızsa – özünüzü biznesdə sınamaq vaxtı gəlib. İnanın burada özünüzü təsdiq etmək üçün daha çox şansınız olacaq. Bir çox şirkətlər xüsusi olaraq hökümət rəsmiləri ilə ünsiyyət yaradan və hər hansı bir struktur nümayəndələri ilə danışıb razılaşa bilən kadr axtarırlar. Lakin hazır olun, sizdən əvvəlki kimi işdə davamiyyəti yox, işin nəticəsini gözləyəcəklər. Biznesdə məhz nəticə uğurun əsas ölçüsüdür. İşçilərin qiymətləndirilməsi kimi gəlir çıxış edir: ya qənaət ya mənfəət.

Xasiyyət sizin taleyinizdir

İş yeri seçiminə xarici şərtlərlə yanaşı, insanın daxili ruhu da təsir göstərir. Hər an yalnız öz sahəsini bilən və inkişaf etmək istəməyən işçi tapılacaq. Əfsuslar olsun ki, onlar çoxluq təşkil edir. Lakin digərləri də var -  fəaliyyətdə olan “işqoliklər”. Onlar bir yerdə otura bilmir və yeni bilikləri özünə hopdurur. Onlar həmkarlarını məzuniyyət zamanı əvəz etmək, rəhbərliyə kömək etmək və yeni məsələlərdə uyğunlaşmağa hazırdılar.
Belə çıxır ki, dövlət işi daha çox son nəticə onlardan asılı olmayan insanlara yaraşır. Ekstremal halda onların əlində hər bir vəziyyətdə ona əsaslana biləcək instruksiya var. Əgər siz üzərinizə məsuliyyət almağa qorxmursuzsa, professional artım və özünü inkişaf etdirməkdə marağlısınızsa dövlət idarəsində kommersiyadan qat-qat az nailiyyətlər əldə edəcəksiz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297