KADR İŞİ

Vergilər Nazirliyi işçilər axtarır
28 DEKABR 2016
1150

Vergilər Nazirliyi işçilər axtarır

2016-12-28 17:47:00

Azərbaycan Vergilər Nazirliyi ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edib. Bu barədə Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Müsabiqədə, bir qayda olaraq, hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsilə malik, yaşı 35-i keçməmiş vətəndaşlar qəbul edilir. Xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır. Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 2017-ci il yanvarın 1-dən yanvarın 18-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə iş nömrəsi verilir. Namizəd sənədləri qəbul edildikdən beş gün ərzində verilmiş iş nömrəsi əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Sənədləri qəbul edilən namizədlər yanvarın 25-27-də imtahana buraxılış vərəqələrini Nazirliyin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanı yanvarın 28-də Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

Qəbul zamanı son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi ən azı TOEFL (IBT) və IELTS üzrə 7 bal olan vətəndaşlara üstünlük verilir. Vətəndaş ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Mənbə: Report

Müsabiqədə uğur qazanan vətəndaşlara ərazi vergi orqanlarında və ya rayon vergilər şöbələrində olan vakant vəzifələr üzrə iş təklif ediləcək. Göstərilən təklifdən imtina edən şəxslər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296