KADR İŞİ

Özəl sektorda işləyənlər azalıb – STATİSTİKA
13 DEKABR 2016
412

Özəl sektorda işləyənlər azalıb – STATİSTİKA

2016-12-13 14:51:00

Bu ilin oktyabrında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı azalıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, noyabrın 1-dək onların ümumi sayı 1 513,7 min nəfər olub. Halbuki, sentyabr ayında bu rəqəm 1 516,4 min nəfər olub.

Azalma daha çox özəl sektorda müşahidə olunub. Belə ki, sentyabrda bu sektorda 629,7 min nəfər işləyib. Oktyabrda isə onların sayı 625,3 min nəfər olub.  Özəl sektorda çalışanların sayı təxminən 4,4 min nəfər azalıb.

Dövlət sektorunda işləyən isə artıb. Belə ki, 2016-cı il oktyabrın 1-dək bu sahədə çalışanların sayı 886,7 min nəfər, noyabrın 1-dək isə 888,4 min nəfər iqtisadiyyatın dövlət sektorunda çalışıb.

Muzdla işləyənlərin

22,1 faizi təhsil, 

19 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 

13,1 faizi sənaye, 

8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 

7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 

6,1 faizi tikinti, 

4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 

3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 

3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 

1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 

10,7 faizi isə iqtisadiyyatın digər sahələrində 

məşğul olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287