KADR İŞİ

Əmək haqqımızı necə hesablayırlar? – BUNU BİLİRSİNİZMİ?
09 DEKABR 2016
7515

Əmək haqqımızı necə hesablayırlar? – BUNU BİLİRSİNİZMİ?

2016-12-09 13:00:00

Əmək haqqının hesablanmasının əsas formaları bunlardır: vaxtamuzd, işəmuzd və akkord.

Vaxtamuzd  əmək haqqı forması gorülən işin və ya istehsalın həcmindən aslı olmayaraq vaxta görə hesablanan formadır.Əmək məcəlləsinə əsasən,işçilərin konkret olaraq gündəlik və həftəlik tam iş vaxtı müəyyən olunmuşdur.Belə ki,gündəlik iş saatlarının miqdarı 8 saatdan artıq olmayaraq həftəlik 40 saatdan artıq ola bilməz.Yəni həftəlik 5 günlük iş vaxtı müəyyən olunmuşdur.Lakin müstəsna hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həftəlik iş vaxtı norması çərçivəsində 6 günlük iş vaxtı rejimi müəyyən edilə bilər.

Qısaldılmış iş vaxtı kimlərə tətbiq oluna bilər?

İşçilərin qanunvericiklə müəyyən olunmuş qaydada müəyyən səbəblərə görə ,məsələn: əmək şəraiti,səhhətə və yaşa görə,əmək funksiyasının xarakteri və digər hallar nəzərə alınmaqla qısaldılmış iş vaxtı normasından istifadə etmək hüququ  vardır.

Əmək Məcəlləsi  maddə 91, müddəa 2-yə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

İşəmuzd əmək haqqı forması  isə görülən işin və yaxud istehsal olunmuş məhsulun həcminə əsasən hesablanır.Məsələn hər hansı bir müəssisədə detal hazırlayan işçi bir detala görə 5 manat fayda əldə edirsə aydındır ki, 5 detala 25 manat qazanacaq.Müəssisə tərəfindən bəzən istehsal üzrə minimum və maksimum hədd müəyyən oluna bilər. 

Akkord formada ödənilən əmək haqqı forması isə ümumi həcmi əvvəlcədən müəyyən olunmuş konkret işlərə görə hesablanır.Bu formaya adətən tikinti işlərində,auditor və yaxud konsaltinq xidmətləri misal göstərmək olar.

ƏMƏK HAQQININ HESABLANMASI

Əmək haqqının hesablanması  işçilərin faktiki iş yerində vəzifə maaşına əsasən aparılır.Vəzifə maaşından müvafiq tutulmalar olduqdan sonra işçiyə çatacaq məbləğ müəyyən olunacaq.Bu tutulmalar məcburi və könüllü ola bilər.İlkin olaraq adi bir şəxsin əmək haqqısının hesablanmasında olan əsas tutulmalara baxaq.

1) Əmək haqqından  14% həcmində fiziki şəxslərin gəlir vergisi tutulur.Bu isə vəzifə maaşı 2500 manata qədər olan şəxslərdə ölkə üzrə yaşayış minimumu çıxıldıqdan sonra aparılır. 2016-cı il üçün ölkə üzrə yaşayış minimumu 136 manat həcmində müəyyən olunmuşdur.Vəzifə maaşı 2500 manatdan  çox olduqda isə 350 və əlavə olaraq 2500 manatdan çox olan hissənin 25%-i tutulur.

Məsələn:

a) Vəzifə maaşı  536 manat şəxs üçün gəlir vergisi aşağıdakı qaydada hesablanır:

(536-136)*14%=56.Bu şəxs üçün gəlir vergisi 56 manat təşkil edir.

b) Vəzifə maaşı 3000 manat olan şəxs üçün gəlir vergisi:

     350+(3000-2500)*25% = 350+125=475 manat həcmində  tutulur.

2) Vəzifə maaşından 3%  məcburi dövlət sosial sığorta ayırması tutulur.

a)  536*3%=16.08  manat     b)  3000*3%=90 manat

3) Adətən praktikada ən çox rast gəlinən könüllü tutulma isə 2% həcmində həmkarlar ittifaqına ayırmalar tutulur. a) 536*2%= 10.72      

b) 3000*2%=60 manat

Bir məsələni də qeyd edək ki,fiziki şəxslərin əmək haqqından gəlir vergisi üzrə tutulmalar aparılması zamanı mövcud güzəşt və azadolmalar tətbiq olunan şəxslər vardır.Və bu kimi hallar Vergi məcəlləsi maddə 102 - fiziki şəxslərin gəlir vergisindən azadolmalar və güzəştlər bölməsinə uyğun olaraq tənzimlənir.

İndi isə  bütün bunları bir qədər də ümumiləşdirərək bəzi praktiki məsələlərə baxaq.

MƏSƏLƏ-1   Sadiq Hüsyenov hər hansı bir A müəssisəsində məsləhətçi-mühasib vəzifəsində çalışır.Vəzifə maaşı isə 285 manat həcmində müəyyən olunmuşdur.Eyni zamanda Sadiq Kəlbəcər rayonundan məcburi köçkündür və əlavə olaraq həmkarlar ittifaqı təşkilatına üzvdür.Əmək haqqı aşağıdakı qaydada hesablanacaqdır.

a) Sadiq məcburi köçkün olduğu üçün onun əmək haqqından gəlir vergisi tutulacaq məbləği, yaşayış minimumundan (136) əlavə olaraq vergi məcəlləsi maddə 102.4.5-əsasən 100 manat məbləğində azaldılacaq.Yəni 285-136 (yaşayış minimumu) – 100 (məcburi köçkünlər üçün güzəşt)*14% =49*14%=6.86 manat olacaqdır.

b) Vəzifə maaşından 3 % həcmində məcburi dövlət sosial sığorta haqqı tutulacaqdır

     285*3%=8.55 manat

c) Vəzifə maaşından 2% həcmində həmkarlar ittifaqına tutulacaqdır

285*2%=5.70 manat

Deməli ,Sadiq Hüseynovun tutulmalardan sonra əldə edəcəyi xalis məbləğ:

285-6.86-8.55-5.70=263.89 manat olacaqdır

MƏSƏLƏ -2  Hər hansı B müəssisəsində çalışan Cavid Rzayevin  vəzifə maaşı 2700 manatdır.Cavid heçbir təşkilata üzv deyil. Əmək haqqı aşağıdakı qaydada hesablanacaqdır.

a) 350 + (2700-2500)*25%=350+50=400 manat (gəlir vergisi)

b)  2700*3%=81 manat ( məcburi dövlət sosial sığorta ayırması)

Cavidin əldə edəcəyi xalis məbləğ:  2700-400-81=2219 manat olacaqdır

Vergi Məcəlləsi maddə 102 üzrə yaşayış minimumundan əlavə iki və ya daha artıq güzəşt  hüququ olan şəxslərdən bu güzəştlərdən ən böyük olanı tətbiq olunur.

MƏSƏLƏ -3

Hər hansı X müəssisəsində çalışan Nərgiz Quliyevanın həyat yoldaşı vəfat etmiş döyüşçü olub.Nərgizin vəzifə maaşı 700 manat həcmindədir.Eyni zamanda Nərgiz 1-ci qrup əlildir.Əmək haqqı aşağıdakı qaydada hesablanacaq:

a) Vergi Məcəlləsi 102.2.5 əsasən həlak olmuş,yaxud sonradan vəfat etmiş döyüçülərin dul arvadlarının (ərlərinin) vergi tutulacaq məbləği 400 manat,Vergi məcəlləsi 102.3 əsasən isə 1-ci qrup əlillərin gəlirlərindən vergi tutulacaq məbləğ 200 manat həcmində azaldılır.Bu zaman tətbiq olunacaq güzəşt ən böyük olan yəni, 400 manat  olacaqdır.

Yəni (700-136-400)*14%=22.96 manat

b)700*3%=21 manat məcburi dövlət sosial sığorta haqqı

Nərgizin əldə edəcəyi xalis məbləğ isə 700-22.96-21=656.04 olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8399
  • ₽ RUB
    0.0304