KADR İŞİ

Uğurlu insanlar nahar fasiləsində nə edirlər – SİYAHI
05 DEKABR 2016
1030

Uğurlu insanlar nahar fasiləsində nə edirlər – SİYAHI

2016-12-05 12:55:00

Nahar üçün ayrılmış bir saatı maksimum fayda ilə sərf etməyin 15 yolu

Siz adətən necə nahar edirsiniz? Elə bir başa iş masanızdan ayrılmadan hansısa fast-fudla bədəninizi zəhərləyir, ya da ən yaxındakı kafeyə qaçıb, smartfonunuzun ekranına zillənirsiniz? Bəlkə siz ümumiyyətlə yemək belə yemirsiniz?

Mütəxəssislərin rəyinə görə günün ortasında qida qəbulu çox vacibdir. Sizin enerji və məhsuldarlığınız bir başa bundan asılıdır. Naharınızı işinizə qurban verməyin və eyni zamanda hər gələn yerdə, əlinizə keçən hər bir şeyi də yeməyin. Bunların hamısı ziyandır!

Fins.az xarici mətbuata istinadən uğur qazanmış insanların 15 nahar vərdişlərini təqdim edir:

1. Naharı nəzərə almaqla günlərini planlaşdırırlar

“Yumorun üstünlükləri” kitabının müəllifi, beynəlxalq dərəcəli biznes-spiker Maykl Kerr nahar fasiləsinə vacib görüş və ya zəng təyin etməyi məsləhət görmür. Həmçinin nahar fasilənizin ən azı 10 dəqiqəsini günün qalan hissəsi üçün planlarınızın nəzərdən keçirilməsinə sərf etmək lazmdır.

2. Masa arxasından durub, yemək yeməyə gedirlər

Əgər bu gün işinizdən ayrılmağı istəmirsinizsə, yenə də iş masanızdan durmağa çalışın, hətta bir neçə dəqiqəlik olsa belə. Kerr deyir ki, “Ən pis halda işləri təxirə salmaq mümkün olmayanda belə, sadəcə yerinizi dəyişin qoy gözünüz yeni mənzərə görsün”.

3. Əlaqələr yaradırlar

Həftədə heç olmasa bir dəfə ofis daxili iş yoldaşınız və ya qıraqdan sizə maraqlı olan bir nəfərlə nahar etməyi çalışın. Bununla siz həm yeni əlaqələr quracaq, həm də artıq mövcud əlaqələri diqqət mərkəzində saxlayacaqsınız. Təlimçi sahibkar və “The Hired Group” şirkətinin təsisçisi Rayan Kanın sözlərinə görə “Belə görüşlərdə siz şirkətiniz, iş sahəniz haqqında yeni bir şey eşidəcək, kim bilir bəlkə də yeni dost qazanacaqsınız”.

4. İşlərini qaydasına salırlar  

Kan deyir ki: “Sizin işdən  əlavə vaxtınız var. Bu vaxtınızı şəxsi işlərinizin siyahısını tutmağa sərf edin. Bu zaman bu və ya digər bəndi siyahıdan çıxarda da bilərsiniz. Həyatınızı idarə etmə hissi stress səviyyəsini aşağı salaraq, iş mühitində sizə yardımçı olacaq”.

5. Yemək yeməyin özünə vaxt ayrırlar

Bir çox insan yemək istəmədiklərinə və ya işin çoxluğuna görə nahardan imtina etməyə hazırdılar. Lakin az olsa belə qida qəbul etmək yenə də lazımdır.

Sağlam qidalanma üzrə mütəxəssis Karli Şuna “Livestrong.​com” məqaləsində bunu belə izah edir: “Səhər yeməyindən bir neçə saat sonra, günün yarısında qida qəbul etmək bədənin enerjisini artırır, həm də qanda şəkərin səviyyəsini yaxşılaşdırır. Bununla bizim diqqət qabiliyyətimiz bərpa olunur. Hətta yüngül nahar belə yorğunluğa qalib gəlir. Nəticədə növbəti bir neçə saat siz özünüzü enerjilə dolu və gümrah hiss edirsiniz”.

6. Sağlam qidalar qəbul edir və onların seçiminə şüurla yanaşırlar

Kerr sağlam qidalar qəbul etməyi və onların seçiminə şüurla yanaşmağı məsləhət görür: “Dietoloqların sözünə görə insanlar yeməyə qarşı diqqətli olmalıdırlar. Yəni tələsmədən qida qəbul etməli, qidanın danını hiss etməli və qida qəbuletmə prosesini tam həyata keçirməlidirlər”.

Diqqətsizlik edəndə biz ayaqüstü qida qəbul edirik və ya ziyan verən yeməkləri seçirik. Nəticədə biz həm səhhətimizi təhlükəyə atır, həm də stress qazanmaq və günün davamında diqqətimizi itirməyi gözə alırıq.  

Dietoloq və sağlam həyat tərzi üzrə mütəxəssis Liza de Fazio qeyd edir ki, tərkibində yüksək səviyyədə yağ və ya şəkər olan yemək və qəlyanaltılar yuxu gətirir və aydın məsələdir ki, bu zaman effektiv işdən söhbət gedə bilməz.

7. İdman edirlər  

Kan nahar fasiləsində idman etməyi məsləhət görür bunula siz enerjinizi bərpa edərək, işinizə qayıda bilərsiniz. Onun sözlərinə görə: “Gündəlik məşqlər həm səhhətə müsbət təsir göstərir, həm də stressin səviyyəsini azaldır və sizin iş məhsuldarlığınızda əks olunan diqqətinizi yaxşılaşdırır”.

8. Səhərlərini xatırlayırlar

Kerr hesab edir ki, nahar fasiləsi günün ilk yarısının nailiyyətlərini nəzərdən keçirib, qiymətləndirmək üçün ideal vaxtdır. “Gördüyünüz işləri bir daha nəzərdən keçirin və özünüzə təşəkkür edin, çünki bundan özünüzü daha xoşbəxt hiss edəcəksiniz. Bunun nəticəsində müsbət enerjilə günü davam edəcəksiniz”.

Əgər gününüz gərginliklə başlayıbsa, nahar fasiləsindən hər şeyi yenidən başlamaq üçün istifadə edin.

9. Oxuyurlar

“What's For Work?” veb-saytının rəhbəri Teri Hokket nahar fasiləsini e-poçt və ya hesabatların oxunmasına sərf etməyi məsləhət görmür. Buna görə də oxumaq üçün hər hansısa bir kitab, qəzet və ya sizə maraqlı bloq məqaləsi seçin. Kerr bununla razıdır. Onun sözlərinə görə oxumaq işdən istirahət edərək, diqqətinizi itirməməyin ən yaxşı növlərindən biridir. Həmdə bununla siz bəzən hamımıza lazım olan təkliyinizdən həzz ala bilərsiniz.

10. Şəxsi məsələləri ilə məşğul olurlar

Hokket məsləhət görür ki, əvvəl nahar edib ondan sonra iş günü ərzində vaxt ayıra bilmədiyiniz şəxsi məsələləri düşünə bilərsiniz. Bu vacib zənglər, görüşlərin təşkili, təşəkkür məktublarının yazılması və ya digər çoxdan unudulmuş işlərdən biri ola bilər. 

11. Xoşladıqları işi görürlər

Top-menecer və sahibkar-təlimçi Deyl Kurovun məsləhətinə görə “Parka gəzməyə çıxın, mağazaya gedin və ya dostunuzla görüşün. Bu sizin üçün mini-tətil olacaq. Belə halda həm istirahət etmiş, həm də gümrah olacaqsınız. Nəticədə siz ofisə tam yeni bir şəxs kimi qayıdacaqsınız”.

Aydın məsələdir ki, hər gün əylənmək mümkün deyil, lakin bunu vaxtı-vaxtında etmək çox faydalıdır. 

12. Gözlərini ekrandan ayırırlar

Hokket məsləhət görür ki, nahar fasiləsi zamanı bütün mobil cihazlarınızı söndürüb, sakitlikdən həzz almaq lazımdır.

13. Karyeralarını planlaşdırırlar

Kurov deyir ki, “nahar fasiləsi zamanı bir neçə dəqiqənizi professional məqsədləriniz haqqında düşünməyə sərf edin. Ofis daxilində bunu etməyə vaxt olmur. Bir kağız götürüb, üzərində öz arzularınızı qeyd edin və daha sonra onlara nail olmaq üçün nə etməyin lazım olduğu haqqında düşünün”. Hər şey ilk addımdan başlayır.

14. Breynstormlar təşkil edirlər

Hokket qeyd edir ki, nahar fasiləsi vaxtı iş zamanı tətbiq oluna bilən yeni konsepsiyalar, ideyalar və fəaliyyət yolları haqqında düşünmək olar.

15. Günün ikinci yarısını planlaşdırırlar

Bəli, nahar vaxtı bütün işlərdən uzaq olmaq lazımdır, ancaq yenə də bir neçə dəqiqənizi ayıraraq, günün ikinci yarısını planlaşdırmaq lazımdır. Bunun nəticəsində siz işinizə motivasiya olur və onu uğurla davam edirsiniz.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308