KADR İŞİ

Bu şirkətlər vakansiyalarını açıqladı-SİYAHI
02 DEKABR 2016
1943

Bu şirkətlər vakansiyalarını açıqladı-SİYAHI

2016-12-02 17:20:00

Xəbər verdiyimiz kimi, sabah dekabrın 3-də Azərbaycan Dillər Universitetində“Karyera Günü və Əmək yarmarkası” adlı tədbir keçiriləcək. Yarmarkada “Coca Cola” “Hilton Otel” “Azərsun” “Asan kadr” “Procter and Gamble” “Dərs Evi” “Azərcell” və “SOCAR” kimi məşhur şirkətlər vakant yerlərini tədbir iştirakçılarına təqdim edəcəklər.

Fins.az həmin şirkətlərin bəzilərinin açıqlayacağı vakansiyaları sizə  təqdim edir.

“Hilton” Otel 

Konsej

Belboy

Nitgh supervayzer

House keeping supervayzer

Outlet menecer

 

“Dərs Evi”

Cari kurslar üzrə inzibatçı

Bazar tədqiqatçısı

Müştəri xidmətləri üzrə mütəxəssis

Araşdırmalar və tədqiqatlar şəbəsinəndə assistent

PA

Rus bölməsi üzrə coğrafiya və rus dili fənnlərindən material hazırlığı ilə məşğul olan mütəxəssis (freelance)

 

“Azercell”

Bu şirkət konkret vakansiya açıqlamayacaq. Sadəcə işə qəbul  edərkən seçim kriteriyalarını, meyarları barədə məlumat verəcəklər. Uğurlu CV və istək məktubunun hazırlanmas qaydalarını izah edəcəklər. Eyni zamanda tələbələr üçün təqaüd və təcrübə proqramları barədə məlumat veriləcək .

Qeyd edək ki, adlçəkilən şirkətlər vakansiyaları üzrə təklif edilən əmək haqqlarını açıqlamayıblar. Digər şirkətlərlərdən, eləcə də “ASAN kadr”dan vakansiyaları almaq cəhdlərimiz boşa çıxdı.

Xatırladaq ki, “Karyera Günü və Əmək yarmarkası”nı  ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyası, ABŞ-ın Azərbaycandakı səfirliyi və Bakı Amerika Mərkəzi təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285