KADR İŞİ

Dövlət qulluğu müsahibə mərhələsi – POTENSİAL SUAL VƏ MÖVZULAR
02 DEKABR
4128

Dövlət qulluğu müsahibə mərhələsi – POTENSİAL SUAL VƏ MÖVZULAR

2016-12-02 09:38:00

Dövlət qulluğuna qəbulun ən əsas mərhələsi müsahibə (ikinci tur) mərhələsidir. Bugün toxunacağımız məsələlər müsahibə mərhələsində namizədin özünü tam hazırlaması və müsahibədə veriləcək, yaxud verilə biləcək potensial suallar haqqındadır. 

NƏLƏRƏ DİQQƏT ETMƏLİ?

Namizəd özünü müsahibəyə tam hazır etməsi üçün aşağıdakılara diqqət etməlidir:

a) psixoloji hazırlıq 

b) proqrama uyğun zəruri biliklər 

c) motivasiya

Namizəd əsas olaraq bilik cəhətdən hazır olmadır, belə ki, digər a və b bölməsində qeyd olunanlar ondan birbaşa aslıdır. Hazırlıq səviyyəsi nə qədər aşağı olsa motivasiya 2 qat aşağı olacaqdır və namizəd psixoloji cəhətdən bir o qədər gərgin olacaqdır.

Eləcə də bax:   Dövlət qulluğu imtahanına necə hazırlaşmalı? – ÜSULLAR

Sizə sual verilərkən diqqətlə dinlənyin,cavabını  bilsəz belə  sual tez cavab verməyə çalışmayın və müsahibə qrupu üzvünün sözlərini tamamlamasına diqqət edin. Həmçinin suallara cavab verərkən sözünüzü gətirəcəyiniz nəticəyə fikir verin. Çünki bəzən suallar sizə zəncirvari şəkildə verilir və cavablarınızı nəticəni bilmədiyiniz bir istiqamətə gətirib işinizi qəlizləşdirməyin.

İlkin olaraq,sizdən özünüzü təqdim etməyiniz soruşulacaq. Sizə əlavə sual verilməsə özünü təqdim edərkən uzun şərhə ehtiyac yoxdur.Məsələn: Namizəd Qarayev Misir Sahib oğlu.Əlavə zəruri məlumatlar müsahibə komissiya üzvlərində vardır. Həmçinin danışarkən jestlərdən istifadə etməkdən çəkinməyin,özünüzü sərbəst şəkildə ifadə etməyə çalışın. Çünki həyəcanlı olmağınız sizin üçün müsbət hal olmaz.

Müsahibədə hansı suallar verilə bilər?

Əvvəlcə qeyd edək ki, müsahibədə veriləcək suallar vəzifə programı,qanunvericilik,verdiyiniz orqan üzrə proqram və dünyagörüşü üzrə mövzuları əhatə edir. Vəzifə və orqan üzrə müsahibə proqramını müsabiqə elan olunandan bir neçə gün sonra ədəbiyyatlarla birgə komissiya saytından əldə edə bilərsiz. Həmçinin sizdən vəzifə tələblərinə uyğun olaraq xarici dil və informatika üzrə tapşırıq və suallar soruşula bilər.

İndi isə bəzi potensial suallar və izahlarına nəzər salaq.

1) Qulluq funksiyaları.

Qulluq funksiyaları sizin vəzifə üzrə görəcəyiniz işlərdir. Bunları saymağı bacarmalısız.Əks halda ilk sualdan özünüz haqqınızda mənfi təsəvvür yaradarsız. Çünki bu hal sizin vəzifə seçərkən kortəbii yanaşmanızı göstərə bilər. Qulluq funksiyalarını komisiyya saytında vəzifə maaşı və tələbləri ilə birlikdə qeyd olunan bölmədən oxuya bilərsiz.

2) Etik davranış qaydaları.

Sizdən etik davranış qaydalarını saymaq və onlardan hər hansı birinin mənası soruşula bilər. Bu zaman praktiki bir nümunə ilə fikrinizi əsaslandırmağınınz daha yaxşı olar. Etik davranış qaydalarını bilmək vacibdir və hər orqanın etik davranış qaydalarına uyğun olaraq daxili reqlamenti vardır.

3) Son dövrlərdə ölkədə və dünyada başvermiş ən mühüm hadisələr?

Bu suala cavab verərkən il ərzində xüsusilə son 6-7 ayda baş vermiş hadisələrə  diqqət yetirin. Məsələn: Aprel hadisələri və nəticələri,devalivasiya,Konstitusiyaya  dəyişikliklərlə bağlı referendum, Formula 1 yarışması, Şahmat olimpiadası, 2016 Rio yay olimpiya oyunları və idmançılarımızın uğurları, Amerikada Prezident seçkiləri, Türkiyədə baş vermiş hadisələr və digər bu kimi hadisələr.

4) Qarabağ münaqişəsi, Qan yaddaşımız, Milli qəhrəmanlarımız, münaqişənin sülh yolu ilə həllində atılmış addımlar, ATƏT-in Minsk  qrupu, Sammitlər, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri,Bişkek protokolu və mahiyyəti, Madrid prinsipi və s:

Qarabağ bizim qan yaddaşımızdır, bunları bilmək və bu istiqamətdə atılan addım və dəyişikliləri izləmək hər birimizin vətəndaşlıq borcudur.

5) Üzv olduğumuz və əməkdaşlıq etdiyimiz Beynəlxalq Təşkilatlar və istiqamətləri, Quru və su sərhədlərimiz, Xəzərin hüquqi statusu, Dahi şəxsiyyətlərimiz və s:

6) “Əsrin müqaviləsi”

1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə  bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli”  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin Prezident hakimiyyəti siyasətində baza prioritetini – neft strategiyasını müəyyən etmiş ilk iri iqtisadi sənəd kimi düşmüşdür.

7) Dövlət qulluğu,Dövlət qulluğunun vəzifə və prinsipləri,Vəzifə maaşı,əlavələr,ixtisas dərəcələri və s :

8) Dövlət rəmzləri,Bayramlar,digər əlamətdar günlər.

9) Müsəlman şərqində ilk demokratik Respublika – Azərbaycan Xalq Cümhuriyyəti

10) Cari  il nə ili elan olunub?

Ümumiyyətlə hər il qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün xüsusi addımlar atılır və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən hər il hansısa bir sahəyə həsr olunur və bu sahəyə xüsusi diqqət ayrılır və həmçinin müvafiq tədbirlər planı hazırlanır.  Ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edilib.Həmçinin 2014-cü il Sənaye ili və 2015-ci il Kənd təsərrüfatı ili elan olunmuşdur.

Yuxarıda qeyd olunan mövzu və suallar qanunvericillik və dünya görüşü üzrə sizə verilə biləcək potensial suallar ola bilər. Həmçinin əlavə olaraq digər mövzulardan da sullar verilə bilər. Vəzifə proqramı isə hər vəzifəyə uyğun tərtib olunur və əvvəlcədən saytda yerləşdirilir. Sonda müsahibə nəticəsi müsahibə qrupu tərəfindən balla qiymətləndirilir və axşam saatlarında komissiya saytında yerləşdirilir. Nəticədə 16 və yüksək bal toplamış namizədlər vəzifəyə uyğun hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274