KADR İŞİ

Milli Peşəkar Mühasiblər Təşkilatı yaradılır
23 NOYABR
263

Milli Peşəkar Mühasiblər Təşkilatı yaradılır

2016-11-23 16:49:00

ARPA Mühasiblər İşçi Qrupu (AWG: Accounting Working Group)  ilk görüşünü keçirib. Fins.az  xəbər verir ki, görüşün  əsas məqsədi Azərbaycanda mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsidir.  

Mühasiblər İşçi Qrupu müxtəlif sahələr üzrə fəaliyyət göstərən peşəkar mühasibləri  birləşdirib . Qrupun ilk görüşündə ARPA-nın sədri Rüfət Mahmud qonşu və dünya ölkələrinin bu sahədə əldə etdiyi uğurlu təcrübəsinə əsasəlanaraq Milli Peşəkar Mühasiblər Təşkilatının (PMT) yaradslmasını üzrə işlər aparıldığını deyib

Müzakirələrdə ARPA-nın üzvlük siyasəti, üstünlükləri, kateqoriya üzrə tələb və hədəf auditoriyaları kimi əsas məqamlar önə çəkilib. Həmçinin ,Mühasiblərin Peşəkarlıq Sertifikasiayası (MPS) və mövcud səviyyələri, sertifikasiya üzrə imtahan verənlərə qarşı olan tələb və istisnalar müzakirə edilib. 

MPS Maliyyə Hesabatlarının Beynəlxalq  Standartlarına (MHBS) və Sertifikatlaşdırılmış İmtiyazlı Mühasiblər Assosiyasiyasının (ACCA: Association of Chartered Certified Accountants) təcrübəsinə əsaslanması faktorunun mühasiblərin peşəkarlığının artırılması və karyera yüksəlişində rolu xüsusilə  vurğulanıb.

Qeyd edək ki, qrupun üzvləri sırasında ölkədə fəaliyyət göstərən EY, PWC, “Deloitte” və KPMG kimi beynəlxalq maliyyə, audit və məsləhətçi şirkətlərinin, həmçinin Təhsil Nazirliyi, SOCAR və “Azərfon” kimi dövlət və yerli özəl sektorlarının nümayəndələri yer alıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270