KADR İŞİ

Bakıda “Professional PR” kursuna qəbul başlayır
22 NOYABR
304

Bakıda “Professional PR” kursuna qəbul başlayır

2016-11-22 10:09:00

Bakıda gənclərə İctimaiyyətlə Əlaqələr (PR) peşəsinin öyrədiləcəyi təlimlər başlayır. “Professional PR” adlı kurs noyabrın sonlarında start götürəcək və 1 ay davam edəcək. Bu modern peşənin sirrlərinə yiyələnmək və ya bu sahədə öz bilik və bacarıqlarını artırmaq istəyən şəxslər kursa yazıla bilərlər.

“Young Business Factory” şirkətinin təşkil etdiyi kursun baş təlimçisi media və PRmütəxəssisi Vüqar Baba olacaq. Onunla yanaşı təlimlərdə PR-ın xüsusi qolları üzrə ixtisaslaşmış ekspertlər də mühazirə deyəcəklər.

Təlimlərdə bu mövzularda dərslər keçiriləcə: qədim dövrdən mövcud olan PR, modern və professional PR-ın yaranması, PR-ın 4 əsas istiqaməti, PR alət və vasitələri, media ilə əlaqələ, mətbuat katibliyi, pressrelizin yazılma qaydaları, media manipulyasiyaları, korporativ PR, Korporativ Sosial Məsuliyyət, marketinq yönümlü PR, rəngli PR, böhran idarəçiliyi, virus, viral, tizer reklam növləri, PR analiz, PR planvə s.

Kursun məzunları istənilən şirkətin, qurumun İctimaiyyətlə Əlaqələr (PR) şöbəsində rahat şəkildə işləyə biləcək bilik və bacarıqda olacaqlar.

Ətraflı məlumatı bu linkdən almaq mümkündür: https://vugarbaba.com/2016/11/04/ybf-vuqar-baba-il%C9%99-professional-pr-kursuna-baslayir/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272