KADR İŞİ

İş adamları hansı peşə xəstəliklərindən əziyyət çəkir?
22 NOYABR
1157

İş adamları hansı peşə xəstəliklərindən əziyyət çəkir?

2016-11-22 09:16:00

Peşə seçərkən təkcə o sahədə qazanacaqlarınız deyil, eyni zamanda itirəcəklərinizi də nəzərə almalısız. Xüsusilə bu, sağlamlığınıza aiddirsə, daha diqqətli olmaq lazımdır.

Fins.az müxtəlif peşə sahiblərinin hansı peşə xəstəliklərindən əziyyət çəkdiklərini araşdırıb. Məlum olub ki, hətta xəstəlikləri müalicə eən həkimlərin özü də peşə vərdişlərindən irəli gələn problemlərli öz orqanizmlərimdə daşıyırlar.  

Həkim Vaqif Qarayev bildirib ki, gərgin iş rejimində və stress altında çalışan peşə sahiblərinin əksəriyyəti ürək-damar  və əsəb xəstəliklərindən əziyyət çəkirlər.

Pinəçilər daha çox oturaq həyat tərzi keçirdikləri üçün onlarda sidik kisəsinin xərçənginə daha çox rast gəlinir.

Günün çox hissəsini sükan arxasında keçirən sürücülər isə daha çox babasil xəstəliyindən əziyyət çəkilər. Yeri gəlmişkən, oturaq həyat tərzi kemirən bir çox peşə sahiblərində bu xəstəlik aşkarlanır.

Boyaq maddələri istehsalı ilə məşğul olan insanlarda allergik və ağ ciyər xəstəliklərinə daha çox rast gəlinir.

 Neft şirkətlərində çalışan neftçilər hər zaman dənizdə və ya ona yaxın ərazilərdə ağır rübubətli hava şəraitində işləməyə məcburdurlar. Bu səbəbdən onlarda daha çox revmatizm və digər oynaq xəstəlikləri, eləcə də allergik xəstəliklər müşahidə olunur.

Dağ-mədən işlərində çalışan şəxslər tozla  daha çox təmasda olurlar. Bu səbəbdən onlarda ağçiyər xəstəlikləri, ağciyər xərcənginə yoluxma ehtimalı çoxdur.  

Cərrahlarda ürək olmamalıdır

V.Qarayev həmkarlarının xəstəliklərindən də danışıb. Bildirib ki, həkimlərin ixtisaslarından asılı olaraq dəyişir. Məsələn, retngen, USM, tomoqrafiya müayinələrini həyata keçirən həkimlər şüalanmaya daha çox məruz qalırlar. Ona görə də onlarda tibbi şüa xəstəlikləri yaranır.

Reanimotoloqlar isə daha çox ağır xəstələrlə işlədikləri üçün güclü stress  keçirirlər. Ona görə də onlarda ürək-damar və sinir xəstəlikləri daha çox olur.

Ən ağır şəraitdə işləyən həkimlər isə cərrahlardırş Onlar bəzən hətta  8-10 saat əməliyyat otağında stress altında işləməli olurlar. ”Cərrahlarda ürək olmamalıdır” deyimi də məhz bu anlamda işlədilir. Onlarda ürək-damar və əsəb xəstəlikləri çox aktualdr. Belə ağır şəraitdə işlədikləri üçün cərrahların əksəriyyəti infaktdan dünyasını dəyişirlər.

Jurnalistlər hansı xəstəliklərdən əziyyət çəkir?

Həkimləri gərgin vəziyyətdə saxlayan əsas m əsələlərdən biri də onlar barədə mediada yazılan xəbərlərdir. Həmin yazıların müəlliflərinin öz peşə  xəstəlikləri var. Jurnalistlər əsasən, əsəb xəstəliklərindən əziyyət çəkirlər. Hepodinamik (az hərəkətli) iş rejimində çalışan yazarlar isə ürək, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər.

Menecerlər də xəstələnir

Bu, ümumiyyətlə, hepodinamik həyat tərzi keçirən əksər peşə sahiblərində həmin xəstəliklər yaranır. Satıcılar isə əksinə, iş vaxtlarını  daha çox ayaq üstə keçirirlər. Ona görə onlarda damar  genişlənməsi və əsəb xəstəlikləri daha çox rast gəlinir.

Dərzilərdə isə oynaq xəstəlikləri, xüsusilə barmaqlarda problemlər daha çox olur.

Menecerlərin işi və məsuliyyəti isə daha ağırdır. Onlar hətta sutkanın 24 saatını işləmək məcburiyyətində qalırlar. Ona görə də onlarda əsəb xəstəlikləri qaçılmaz olur.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270