KADR İŞİ

Azərbaycanda MBA programı düzgün tədris olunmur – MƏQALƏ
21 NOYABR
540

Azərbaycanda MBA programı düzgün tədris olunmur – MƏQALƏ

2016-11-21 11:50:00

Azərbaycanda təhsil sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri də ali təhsilin iki mərhələyə ayrılması və ikinci mərhələ olaraq magistr (MBA) təhsilinin tətbiqidir. MBA – (Master of Business Administration) dilimizə biznesin idarə edilməsi, biznes inzibatçılığı kimi tərcümə olunur.

Ölkəmizdə son zamanlar təhsil sahəsində ən aktual olan magistr programıdır ki, bakalvr təhsil pilləsinin son kursunda olan kifayət qədər tələbə və təhsilini başa vurub magistr dərəcəsi əldə etmək istəyən şəxslər üçündə maraqlı məsələdir. MBA programına qəbul ölkəmizdə bu günə qədər TQDK magistr imtahanı əsasında digər ixtisaslar kimi 2 mərhəldə aparılıb.

Birinci mərhələ hərkəs üçün ümumi olan məntiq, informatika və xarici dildən ibarət 100 suallıq test imtahanıdır.

İkinci mərhələdə isə MBA programına qəbul olmaq istəyənlər 56-cı program üzrə imtahanda iştirak edərək GMAT, cədvəl-qrafik ilə bağlı məsələlər və baza riyaziyyatdan (9cu sinfə qədər olan program) ibarət 50 suallıq test imtahanında iştirak edirlər. Toplamda hər iki imtahan üzrə ortalama 83-dən çox bal toplayan şəxslər ixtisaslar üzrə keçid balına uyğun olaraq müsabiqədə iştirak edirlər.

MBA proqramı ölkəmizdə İqtisad Universiteti, Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Qərb Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti kimi təhsil ocaqlarında müxtəlif ixtisaslar üzrə tədris olunur.

Bunlara Mühasibat uçotu və Audit, Beynəlxalq biznes, Maliyyə, Səhiyyənin idarə edilməsi, İdmanın idarə edilməsi, Marketinq, Menecment kimi ixtisasları nümunə göstərmək olar. Bu ixtisaslara uyğun olaraq keçid balı 105-110 bal ola bilər.

MBA programının ən mühüm spesifik və hər kəs üçün cəlbedici xüsusiyyəti ondan ibarətdir ki, bakalavr təhsil ixtisasından asılı olmayaraq ali təhsilli hər bir şəxs biznes və iqtisadiyyat yönümlü MBA programında təhsil ala bilər. Ümumiyyətlə, programın özünəməxsus ana məqsədi aşağıdakılardan ibarətdir.

1. Dərslər adətən öz sahələri üzrə sözünü demiş iş adamarı və təcrübəli rəhbər şəxslər tərəfindən həyata keçirilir

2. Tədris 3-4 semestrdən ibarət olaraq 2 ilə qədər tamamlanır

3. Programın əsas məqsədi rəqabətcil və problemləri sərbəst şəkildə idarə edə biləcək fərdlər yetişdirməkdir.

4. Müxtəlif şirkətlərdə təlim və təcrübələrdə olmaq, həmçinin, iş adamlarıyla bir təhsil mühitində güclü bir şəbəkə şəklində təhsil alıb fikir mübadiləsində söz sahibi olmaq və s :

Bəs Azərbaycanda MBA necə tədris olunur?

Bəs ölkəmizdə MBA necə tədris olunur? İnsanlar buna necə yanaşırlar? Bu sahədə təhsil almaqda əsas məqsəd nədən ibarətdir? Universitetlər məsələyə necə yanaşırlar?

Bütün bu suallara cavab yazarkən tədris müəssisələrində MBA sahəsində real boşluq və problemərlə tanış olacaqsız.

Əvvəla, onu qeyd edim ki, program üzrə fəaliyyət göstərən müəllimlərin əksəriyyəti hər hansı bir iş adamı deyil, sırf pedoqoji fəaliyyətə köklənmiş müəllimlərdir (xüsusilə azərbaycan bölməsində)

İkincisi, qruplarda kifayət qədər tələbə olur ki, məsələn 60-70 nəfər bu isə 1 qrup üçün həddən artıq çoxdur.

Üçüncüsü, tələbələrin əksəriyyəti programın mahiyyətini tam dərk etmir və Boloniya sisteminə xas olmayan qayıb məcburiyytindən dərsdə iştirak edir ki, bu isə keyfiyyətdən xəbər verə bilməz.

Dördüncüsü, MBA təhsili ali təhsilin son pilləsi və iş həyatına başlama üçün ərəfə olmasına baxmayaraq burada praktiki təcrübələrə çox az rast gəlinir.

MBA-da əsas problem - QARIŞIQ İXTİSASLAR
Amma MBA təhsili ilə bağlı ən mübahisəli məsələ, burada ixtisasların qarışıq olmasıdır.
Belə ki, hazırda hər hansı ixtisas üzrə MBA təşsili almaq üçün heç də bakalavr təhsili həmin ixtisasın olması tələb edilmir. Məsələn, baza təhsili biologiya, filologiya, incsənət, tibb yönümlü ixtisaslar və s. olan şəxslər bu programı bitirib iqtisadiyyat yönümlü, məsələn: maliyyə, mühasibat uçotu və audit, menecment və digər sahələrdə magistr dərəcəsi əldə edə bilərlər.

Bu dərəcəni iki ilə əldə etmək bu qədər sadədirsə bəs onda dörd illik mühasibat və yaxud maliyyə üzrə bakalavr təhsili nə üçün lazımdır?

Problem ondadır ki, iqtisadiyyat yönümlü ixtisaslar üzrə intellektual bazarda tələb və təklif tarazlığının hədsiz pozulur. Əksər tələbələr sırf iqtisadiyyat yönümlü diplomla gələcəkdə və yaxud cari işlərində bu sahə üzrə vəzifələrdə çalışmaq istəyirlər. Bu isə insanları programın ana məqsədindən bir qədər yayındırır. Bəzi universitetlərdə, xüsusilə ingilis və rus bölmələri üzrə təhsil prosesi programın məqsədinə bir qədər yaxın olsa da burada da problemlər var.

Nəzərə alsaq ki, MBA üzrə təhsil yalnız ödənişli əsaslarda aparılır və minimum 2000-3000 manatdan başlayır, bu məbləğin müqabilində təhsil də lazımi səviyyədə olmalıdır.

Baza ixtisası fərqli olub programın məqsədlərinə uyğun olaraq həqiqətən menecer, mütəxəssis və uğurlu biznesmen kimi yetişmək istəyən tələbələr də mövcuddur ki, onlar da bəzən arzuladığı təhsil mühiti ilə yuxarıda sözügedən boşluqlarla qarşılaşaraq çətinliklərlə üzləşirlər. Bundan əlavə digər bir problem isə baza ixtisası iqtisadiyyat yönümlü olan magistrların bakalavrda tədris olunan fənlərin yenidən həmin qaydada tədris olunmasıdır.

Ümumiyyətlə belə nəticəyə gəlmək olar ki, hər kəs ixtisasından asılı olmayaraq biznesi, iqtisadiyyatı öyrənə və biznesində, digər özfəaliyyətində söz sahibi olmaq üçün menecer və mütəxəssis kimi ixtisaslaşa bilər. Programa qəbul olub magistr dərəcəsi ilə MBA təhsilini bitirmək isə bu qədər sadə və birmənalı olmamalıdır. Lakin maraqlar və düşüncə tərzi, hadisələrə hansı reallıqda yanaşmaq və təhsilin orijinallığı burda əsas məqam olmaqla yanaşı özünü mövcud şəkildə həmişə biruzə verəcəkdir.

Müəllif: Əsgər Qasımov, iqtisadçı-ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272