KADR İŞİ

“İşləyən qadınların sayı artır” – AÇIQLAMA
11 NOYABR
211

“İşləyən qadınların sayı artır” – AÇIQLAMA

2016-11-11 11:33:00

Məşğulluq strukturunda qadınların iqtisadi fəallığının və payının artımı müşahidə olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev növbəti Milli İnsan Resursları Forumundakı çıxışı zamanı deyib. Kişilər və qadınların iqtisadi fəaliyyəti arasında olan fərq (cinsə görə əmək qüvvəsində iştirak fərqi) 2003-cü ildə 4%-dən 2016-cı ildə 2,2%-ə enib. Hazırda iqtisadi fəal əhalinin tərkibində kişilərin payı 51,1%, qadınların payı isə 48,9% təşkil edir”. O nəzərə çatdırıb ki, Azərbaycan son 10 il ərzində işsizlik səviyyəsinin azalmasına müvəffəq olub. 2015-ci ilin sonunda Dövlət Statistika Komitəsi işsizliyin 5% (4,1% kişilər və 5,9% qadınlar arasında) olduğunu bildirib. Gənclər (15-24 yaş qrupu) arasında işsizlik 2000-ci ildəki 22%-dən 2015-ci ildə 13,4% -dək azalıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270