KADR İŞİ

«Artıq işçilər şirkəti maaşa görə seçmirlər»
11 NOYABR
659

«Artıq işçilər şirkəti maaşa görə seçmirlər»

2016-11-11 10:47:00

«Dünyanın əmək bazarında ciddi dəyişiklər baş verir. İşçilər artıq şirkəti əmək haqqında görə deyil, şirkətinin fəaliyyət istiqaməti, onun korporativ mədəniyyətinə görə seçirlər». Fins.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən İnsan resursları Forumunda «Deloitte Azerbaijan» şirkətinin nümayəndəsi Nuran Kərimov deyib. Onun sözlərinə görə, dünya əmək bazarında ciddi dəyişikliklər baş verir. 

Qərb menecment elmində ikinci dünya müharibəsindən qalan işçilər kimi tanınan 70-80 yaşlı işçilər hələ də iş yerindədir. Amma bununla bərabər 80-ci ildən sonra anadan onlar işçilər iş yerlərinin 50%-nə sahib olublar. N.Kərimov ona görə də artıq işə münasibətin dəyişdiyini deyib. Belə ki, yeni nəsil artıq bir yerdə deyil, bir neçə işdə çalışmaq istəyir. İnsanlar daha çevik iş şərtləri tələb edir. 

Bundan əlavə əgər əvvəl işçi üçün ən maraqlı məsələ əmək haqqı idisə, indi daha çox iş təklif edilən şirkətinin fəaliyyəti istiqaməti, onun korporativ mədəniyyətinə diqqət yetirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275