KADR İŞİ

Bakıda beynəlxalq HR forumu başlayır
10 NOYABR
329

Bakıda beynəlxalq HR forumu başlayır

2016-11-10 18:29:00

 Sabah, yəni noyabr ayının 11-də «PAŞA Həyat» şirkətinin təşkilatçılığı ilə bu ilin “Baku Boulevard Hotel”də “İnsan Resursları Forumu-Bakı 2016” adlı beynəlxalq forum keçiriləcək.Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən fins.az-a verilən məlumata görə, bu ilki forumun əsas mövzusu insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr ediləcək.  Məqsəd insan resursları idarəçiliyi sahəsində beynəlxaq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Forum iki paneldən ibarək olacaq və bu forumda 10 spikerin, o cümlədən beynəlxaq təşkilatların nümayəndələri çıxış edəcək. Forumun əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan rəhbər şəxslərdir.

Forumda spiker qismində tanınmış yerli (Azercell, SOCAR, Deloite Azerbaijan və s.) və beynəlxalq qurumların (Adler Central Europe, TMA Method International, Kare HR Consultacy, Korn Ferry Hay Group və digəriləri) rəhbərləri, eləcə də HR strukturları üzrə rəhbərləri, HR sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər iştirak edəcək. Forumda iştirak üçün qeydiyyatdan keçən şəxslərin sayı daha çox olacaq. Lakin yer məhdudiyyəti ilə əlaqədar yalnız 300 nəfər iştirak edəcək.

Forumda iştirak etmək istəyən şəxslər www.hrforum.az saytına daxil olmaqla qeydiyyat şərtləri ilə tanış ola bilər, eləcə də iştirak üçün müraciət edə bilirlər. Həmçinin bu ilki forumun spikerləri ilə bağlı məlumatı forumun rəsmi facebook səhifəsindən (Hrforum.az və www.pasha-life.az  saytından) də əldə etmək mümkündür.

Qeyd edək ki, artıq ikinci dəfə keçiriləcək forum “PAŞA Həyat”ın təşkil etdiyi sosial bir layihə kimi insan resurslarının idarə edilməsi sahəsində Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkənin biznes sektorunda idarəetmənin  inkişafına dəstək olmaq məqsədi daşıyır.Ötən il təşkil edilmiş forumda 300-dən çox peşəkar HR mütəxəssislərin iştirakı təmin edilmişdir.

Forumla bağlı opertaiv və ətraflı məlumat əldə etmək istəyənlər “PAŞA Həyat”ın (012) 942 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270