KADR İŞİ

“Böhran Kommunikasiyası” mövzusunda təlim keçiriləcək
03 NOYABR
181

“Böhran Kommunikasiyası” mövzusunda təlim keçiriləcək

2016-11-03 10:15:00

11-12 noyabr tarixində Bakıda “World Business Centre”də “Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə Bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün “Bank sektorunda PR” və “Böhran Kommunikasiyası” mövzusunda növbəti təlim keçiriləcək. Təlimi Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və “Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılacaq.
İki gün davam edəcək təlimdə PR mütəxəssislərin bu sahədə fikir mübadiləsi aparılacaq, bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar veriləcək. Təlim həmçinin ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzularını əhatə edəcək.
Təlimdə iştirakçılara Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyevin müəllifi olduğu, hər bir PR menecerin masa üstü ədəbiyyatı ola biləcək ictimaiyyətlə əlaqələrin idarə edilməsi mövzusunda “Nəyi? Necə? Nə vaxt?” kitabı hədiyyə olaraq paylanılacaq.
Qeyd edək ki, yerlər məhdud olduğu üçün iştirak etmək istəyən PR mütəxəssislər 9 noyabr 2016-cı il tarixinə qədər info@bakuschoolpr.az emailinə təsdiq məktubu göndərərək qeydiyyatdan keçməlidilər. Təlim ödənişlidir və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271