KADR İŞİ

Bakıda Türkiyə universitetlərinin - TƏHSİL SƏRGİSİ KEÇİRİLİR
29 OKTYABR
650

Bakıda Türkiyə universitetlərinin - TƏHSİL SƏRGİSİ KEÇİRİLİR

2016-10-29 14:50:00

Oktyabrın 29-da Bakıda “Təhsil” Cəmiyyətinin təşkilatçılığı və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Türkiyə universitetlərinin təhsil sərgisi açılıb.

Fins.az xəbər verir ki, hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə Türkiyənin tanınmış dövlət və özəl universitetlərində yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər bu kimi məsələlər barədə ətraflı məlumat verilib. Həmçinin Türkiyə universitetlərində pulsuz təhsil imkanları barədə təqdimatlar keçirilib.

Eləcə də bax: Xaricdə təhsil neçəyə başa gəlir? – CANLI YAYIM

Eləcə də bax: Xaricdə təhsil neçəyə başa gəlir? – CANLI YAYIM 2

“Akademi Group”un Türkiyə layihələri rəhbəri Razi Vəliyevin sözlərinə görə, sərgi artıq beş ildən çoxdur ki, Azərbaycanda təşkil olunur. Bu tədbir ildə iki dəfə Türkiyə universitetlərinin özəl və dövlət universitetlərin iştirakı ilə, ildə bir dəfə - avqustda yalnız özəl universitetlərin iştirakı ilə keçirilən sərgilər silsiləsidir.

R.Vəliyev sərgidə Türkiyənin dünya reytinqində yer alan nüfuzlu dövlət və özəl universitetlərinin iştirak etdiyini söyləyib. O, gənclərin əsasən tibb, mühəndislik, iqtisadi sahələrə maraq göstərdiklərini bildirib. Qeyd edilib ki, oktyabrın 30-dək davam edəcək sərgi çərçivəsində müvafiq seminarlar təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272