KADR İŞİ

"Wowoman HR Academy 2" başlayır
26 OKTYABR
348

"Wowoman HR Academy 2" başlayır

2016-10-26 15:23:00

WoWoman qadınların inkişafı üçün, onların ən qeyri-adi, çılğın, qeyri-mümkün görünən arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır.
WoWoman müxtəlif sahələr üzrə tədbirlər, layihələr, kurslar həyata keçirmiş platforma kimi bu dövrün ən tələb olunan və dəbdə olan təlim proqramını təşkil etmək qərarını aldı və HR kurslarına start verdi.
İnsan resursları idarəçiliyinin əsas məqsədi insan gücünü daha effektiv, məhsuldar və onun xoşbəxtliyini təmin edəcək şəkildə istifadə etməkdən ibarətdir. Müasir dünyada rəqabət üstünlüyü təmin etmənin tək yolu insan resurslarını təsirli və məhsuldar idarə etməkdən keçir.
HR Akademiyası təşkilatlara və fiziki şəxslərə qabiliyyətlərini inkişaf etdirməyə, əxlaqi və ehtiramlı iş mühiti yaratmağa və düzgün iş nizamlamasına riayət etməyə kömək edən təlim kursudur. Proqramın məqsədi qadınların vəzifələrdə yaxşı lider və təcrübəli HR menecer kimi iştiraklarını artırmaq üçün liderlik bacarıqlarını və biliklərini inkişaf etdirməkdir.
7 moduldan ibarət kursun təlimçiləri Paşa Bank, Gilan Holding, Deloitte, YARAT və s. kimi aparıcı şirkətlərin və bankların HR menecerləri və mütəxəssisləri olacaq. 1-ci təlim Azərbaycan digər 6 təlim isə Ingilis dilində keçiriləcəkdir.
Tələb olunan dil: Ingilis ( upper-intermediate ). Hər hansi bir çətinlik yaranarsa Azərbaycan dilinə tərcumə olunmasına şərait yaradılacaq.
Əgər siz də HR sahəsinin əsaslarını, "İnsan Resurlarının idarə edilməsinin hüquqi tənzimlənməsi" ( azəri ), "Kadrların inkişafı və hazırlığının təşkili" ( ingilis ), "İşçilərin uyğunlaşdırılması, Kadrların Motivasiya Menecmenti" ( ingilis ), "HR-ın iqtisadi və maliyyə aspektləri" ( ingilis ), "Korporativ mədəniyyətinin qurulması və inkişafı" ( ingilis ), "Kadrlar ehtiyatı. Karyera Planlaması" ( ingilis ), "Vəzifədən azadetmə. Sosial-psixoloji və hüquqi aspektlər" ( ingilis ), kimi mövzuları öyrənmək istəyirsinizsə, HR Akademiyasına qoşula bilərsiniz.
Təlim ödənişsizdir lakin eyni imkani Azərbaycanın digər regionlarında yaşayan xanımlara HR sahəsində biliklərini artırmaq üçün eyni şansı yaratmaq səbəbi ilə 15 AZN miqdarında bir tövhə təyin edilmişdir. Birlikdə dünyanı daha yaxşı edə bilərik.
Təlimlər həftədə iki dəfə - Çərşənbə və Cümə axşamı günləri olmaqla , 2 ay davam edəcək, saat 19:00 - 21:00-dək keçiriləcəkdir.
Başlanğıc tarixi: 08 Noyabr, 2016
İŞTİRAK ETMƏK ÜÇÜN LİNKDƏKİ ANKETİ DOLDURMAQ LAZIMDIR:
https://goo.gl/FM3Vlh
Qeydiyyatdan keçmək üçün son tarix 05 noyabr 2016
Ünvan: Dəmirçi Plaza, Barama ofisi , Xocalı Pr-ti, AZ1025, Bakı.
Əlavə məlumat üçün aşağıda qeyd olunan məlumatlardan yararlana bilərsiniz
+994552001492 Çinarə Əliyeva ( layihə rəhbəri )
+994555274711 Könül Məmmədli ( tədbirlər üzrə koordinator )
e-mail: wowoman.hracademy@gmail.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275