KADR İŞİ

“CFA level l” imtahanına hazırlıq kursu – AYDA 260 AZN
20 OKTYABR
202

“CFA level l” imtahanına hazırlıq kursu – AYDA 260 AZN

2016-10-20 09:07:00

Yalnız Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi bütün iştirakçıları nəzərə alaraq “CFA level l” imtahanına hazırlaşan namizədlər üçün güzəştli endirim tətbiq edir!

Dünya Bankının dəstəyi ilə peşəkar təlimçilərin tədris etdiyi “CFA level l” imtahanına hazırlıq kursunda ayda 260 AZN ödəniş etməklə iştirak etmək istəyirsinizə Mərkəzimizin elan etdiyi “CFA level l” imtahanına hazırlıq kursuna qeydiyyatdan keçməyə tələsin!
CFA Proqramına qatılmaq və ilk imtahana qeydiyyatdan keçmək üçün namizədlərdən aşağıdakılardan biri tələb olunur:
- Bakalavr və ya ekvivalent dərəcəyə sahib olmaq,
- Qeydiyyat zamanı bakalavrın sonuncu kursunda oxumaq,
- Dörd il peşəkar iş təcrübəsinə sahib olmaq (investisiya sahəsində olması mütləq deyil),
- İş və təhsil alınan dövrlərin toplam cəmi ən azı dörd il olmalıdır (yarım-ştat vəzifələri uyğun deyil və dörd il müddəti imtahandan qeydiyyatdan keçirilən zaman artıq tamamlanmalıdır).

Kursun başlama tarixi: 04 iyun 2016 - cı il
Dərs günləri: Çərşənbə və şənbə günləri
Vaxt: 1) Çərşənbə günü: 19:00 – 21:30
2) Şənbə günü: 10:00 – 12:30
Tədris dili: İngilis

NİYƏ MƏHZ MALİYYƏ BAZARI ÜZRƏ TƏLİM VƏ MAARİFLƏNDİRMƏ MƏRKƏZİ?
- Bizim “CFA level l” imtahanına hazırlıq kursumuz sizin CFA imtahanlarında uğurlu nəticə əldə etməyinizə və karyera inkişafınıza vəd verir. Təlim öyrənmək vaxtına qənaət, sual-cavab, başqa namizədlərlə birgə oxumaq kimi üstünlükləri özündə birləşdirir.
Maliyyə, risklər və idarəetmə təlimləri sahəsində lider olan Maliyyə Bazari üzrə Təlim və Maarifləndirmə mərkəzi 04 iyun 2016-cı ildə təşkil olunan “CFA level l” imtahanında 72% nəticə göstərərək böyük bir uğura imza atmışdır. Qeyd etmək istərdik ki, 04 iyun 2016-cı il tarixdə təşkil olunan “CFA level l” imtahanında Mərkəzimizin 7 tələbəsi iştirak etmiş və 5-i (72 %) uğurlu nəticə göstərərək, növbəti mərhələyə addımlaşmışlar(http://bit.ly/2e3tgai);
- Yüksək təcrübəli təlimçilər: Təlim 4 CFA dərəcə sahibi (CFA charterholder) təlimçilər tərəfindən keçiriləcək. Təlimçilərimiz öz təcrübəsindən istifadə edərək CFA proqramının mövzularını namizədlərə düzgün prioritetləşdirilmiş şəkildə təqdim etməklə imtahana hazırlayacaqlar;
- İnkişaf səviyyəsini göstərən testlər və sınaq imtahanları: Real imtahandan öncə performansın ölçülməsi üçün testlər və imtahanlar böyük əhəmiyyət daşıyır;
- Siz karyeranızda CFA kvalifikasiyası ilə fərqlənmək istəyirsinizsə, heç bir tərəddüd etmədən MALİYYƏ BAZARI ÜZRƏ TƏLİM VƏ MAARİFLƏNDİRMƏ MƏRKƏZİNİ seçə bilərsiniz.

Təlimçilər:
1) Emil Məmmədsadıxov - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/4
2) Elnur Babayev - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/11
3) Leyla Yusifzadə - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/23
4) Cəlal Baxışov - CFA lll namizədi http://cmtc.gov.az/az/telimciler/33
5) Leyli Cabbarlı - CFA Charterholder http://cmtc.gov.az/az/telimciler/38

Kursun aylıq ödənişi: 260 AZN
Kursun ümumi ödənişi: 1690 AZN
* Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür.
* Sayı birdən çox olan eyni şirkət nümayəndələrinə korporativ endirimlər edilir.

Dərslər Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində keçiriləcəkdir. Dərslərin keyfiyyətinə Mərkəzimiz zəmanət verir! http://bit.ly/2e3tgai
Onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://cmtc.gov.az/az/cfa-1-imtahanina-hazirliq-kursu
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
(+994 12) 498 16 77
(+994 70) 272 99 79
(+994 55) 672 99 79
info@cmtc.gov.az
www.cmtc.gov.az

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271