KADR İŞİ

Bu hakimlər cəza aldı-SİYAHI
17 OKTYABR
587

Bu hakimlər cəza aldı-SİYAHI

2016-10-17 18:39:00

Azərbaycan Məhkəmə-Hüquq Şurası 4 hakimi cəzalandırıb. Şuradan fins.az-a verilən xəbərə görə, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyev tutduğu vəzifədən azad olunub. Şura onun başqa işə keçirilməsinə qərar verib.

Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib.

Vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barəsində isə  intizam icraatı başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274