KADR İŞİ

Naxçıvan Dövlət Universitetində müəllim çatışmır
17 OKTYABR
237

Naxçıvan Dövlət Universitetində müəllim çatışmır

2016-10-17 10:44:00

Naxçıvan Dövlət Universitetində boş olan vəzifələrin tutulması üçün müsabiqə elan edilib.

"Report" xəbər verir ki, ali təhsil ocağında Tarix-filologiya və Beynəlxalq münasibətlər və xarici dillər fakültələrinin dekanları vəzifələri boşdur. 

Bundan başqa, universitetin 10 kafedrasının müdiri vəzifəsi də müsabiqəyə çıxarılıb. Belə ki, Dünya iqtisadiyyatı, Təsviri incəsənət, Bələdiyyə və turizm, Rus dili və ədəbiyyatı, Coğrafiya, Fəlsəfə və sosial iş, Çağırışaqədərki hazırlıq və mülki müdafiə, Təməl tibb fənləri, Mühasibat uçotu və maliyyə, Əczaçılıq və stomatologiya kafedralarının müdirləri vəzifəsi boşdu. 

Kafedralarda isə boş olan 31 müəllim vəzifəsini tutmaq üçün müsabiqə elan olunub.

Müsabiqə üçün sənəd qəbulu bir ay davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275