KADR İŞİ

Dövlət qulluğunda yeni vəzifələr yaradılır
14 OKTYABR
1345

Dövlət qulluğunda yeni vəzifələr yaradılır

2016-10-14 16:38:00

Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılır.

Fins.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" qanuna təklif edilən əlavələrdə öz əksini tapıb.

Əlavəyə əsasən, ali vəzifə təsnifatı siyahısına "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi" də daxil edilir.

Bundan əlavə, birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərləri və onların birinci müavinləri ilə yanaşı, "orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri" vəzifələri də daxil edilir.

Həmçinin qanunda ikinci dərəcəli vəzifə təsnifatı siyahısı dəyişdirilir. Qüvvədə olan "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri" təsnifatında orqan rəhbərlərinin müavinləri vəzifələri ləğv edilərək, orqanların bölmə rəhbərləri daxil edilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271