KADR İŞİ

Dövlət Xidmətində ixtisarlar
11 OKTYABR
721

Dövlət Xidmətində ixtisarlar

2016-10-11 15:39:00

Nazirlər Kabineti Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçilərinin sayının 145 nəfərdək azaldılmasına dair qərar qəbul edib. Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

“Qərara əsasən, Azərbaycan prezidentinin “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında”, “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanlarının icrasını təmin etmək məqsədi Nazirlər KabinetiDövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçilərinin sayını 204-dən 145-dək azaldıb”, - deyə Nazirlər Kabinetindən bildiriblər.

Bununla yanaşı, Xidmətin Mərkəzi Aparatının işçilərinin sayı 75-dən 100-dək artırılıb. 

Mənbə: İnterfaks

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270