KADR İŞİ

Vergilər Nazirliyində yeni – TƏYİNAT
07 OKTYABR
484

Vergilər Nazirliyində yeni – TƏYİNAT

2016-10-07 11:32:00

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi, III dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə vəzifəsindən azad edilib.

Həmin vəzifəni müvəqqəti olaraq vergi xidməti müşaviri Orxan Azad oğlu Musayev icra edir.

Məlumata görə, Z.Fətizadə Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, adıçəkilən idarənin rəisi Əflatun Məmmədov vergilər naziri Fazil Məmmədovun müşaviri təyin edilib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271