KADR İŞİ

Gənclər arasında işsizliyin səviyyəsi – AÇIQLANDI
29 SENTYABR
484

Gənclər arasında işsizliyin səviyyəsi – AÇIQLANDI

2016-09-29 12:29:00

Azərbaycanda gənclər arasında işsizliyin səviyyəsi 9,7 %-ə enib. Fins.az-ın bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyan edib.

“Gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olan Azərbaycanda gənclər arasında işsizliyin səviyyəsi 9,7 %-ə enib ki, bu da dünya üzrə ən aşağı göstəricilərdən biridir”, - deyə nazir BMT İnkişaf Proqramı rəhbərinin müavini, BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru Cihan Sultanoğlu ilə görüşdə bildirib.

Nazir qeyd edib ki, iş yerlərinin yaradılması baxımından da əhəmiyyətli olan qeyri-neft sektoru genişlənərək iqtisadiyyatda onun payı 70%-i ötüb.

“Qeyri-neft sektorunda davamlı inkişaf son 12 ildə 1 milyonu daimi olan 1,5 milyon iş yerinin və cari ilin ilk yarımilində 78 mini daimi olan 90 minə yaxın iş yerinin açılmasına imkan verib.Bu da əmək bazarında sabitliyə və işsizliyin 5%-dək azalmasına gətirib çıxarıb”, - deyə S.Müslümov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272