KADR İŞİ

İş müsahibəsində təhlükəli - 11 SUAL
23 SENTYABR
1828

İş müsahibəsində təhlükəli - 11 SUAL

2016-09-23 14:29:00

Bütün hazırlıqlarınıza baxmayaraq, iş müsahibəsi gərgin məqamdır. Müsahibə götürən isə öz növbəsində qəliz suallar verməklə məsələni bir qədər də çətinləşdirir. Əlbəttə onlar bunu pis məqsəd üçün etmirlər. Belə sualların verilməsində məqsəd namizədin nəzərdə tutulmuş işə uyğun olub olmamasını yoxlamaq, onun korporativ mədəniyyətə uyğunlaşıb, uyğunlaşmayacağını müəyyən etməkdir. Namizəd nə qədər təcrübəli və hazırlıqlı olsa belə, bəzi suallar onu çətin vəziyyətə sala bilər. Əgər siz bu kimi situasiyalara hazırlıqlı olmaq istəyirsinizsə Fins.az xarici mətbuata istinadən müsahibə zamanı verilən 11 təhlükəli sual və onlara verməli olduğunuz düzgün cavabları diqqətinizə çatdırır.

1. “Özünüz haqqında məlumat verə bilərsiniz?”

İlk baxışdan sadə bir sual, lakin iş müsahibəsidə diqqət etməlisiniz ki, suala cavab sizin şəxsi həyatınızı əhatə etməsin. Müsahibə götürənə sizin bu işə layiq olub, olmadığınızı müəyyən etmək üçün beyninizin dərinlikləri bilmək nə qədər vacib olsa da, siz cavablarınızda təhsil, karyera planlarınız və iş təcrübənizlə kifayətlənməlisiniz. 

Suala necə cavab vermək lazımdır? Ailə və ya hobbinizi müzakirə etmədən, sizin şirkətə gətirə biləcəyinizi xeyiri təsvir edə biləcək amillərdən danışmaq. 

2. “Siz məzuniyyət zamanı elektron poçtunuzu yoxlayırsınız?”

Bir tərəfdən müsahibə götürənə sizin işinizə qarşı məsuliyyətli və bu baxımdan da sizinlə lazım olan an əlaqə saxlamağın mümkün olmasını göstərməyiniz yaxşı olardı. Ancaq digər tərəfdən müsahibə götürən sizin şəxsi həyatla iş arasında balansın vacibliyini anladığınıza əmin olmalıdır.

Suala necə cavab vermək lazımdır? İşə götürən tərəf sizin işinizə qarşı məsuliyyətli olduğunuzu bilməlidir. Amma eyni zamanda siz onu başa salmalısınız ki, sizin şəxsi (boş) vaxta ehtiyacınız var. Müsahibə zamanı bildirin ki, siz məzuniyyətə çıxmamışdan öncə bütün işlərinizi qaydasına salacaqsınız və hər hansısa təcili bir məqamda şirkət sizinlə rahat əlaqə qura bilər. 

3. “Siz bu müsahibəyə necə hazırlaşmısınız?”

Bu sadə sualı verməklə müsahibəni götürən şəxs sizin bu işi əldə etmək istəyiniz yoxlayır. Doğurdan siz bu işi istəyirsiniz, ya sadəcə söhbət üçün gəlmisiniz.

Suala necə cavab vermək lazımdır? Müsahibə götürənə deyin ki, müsahibəyə gəlməmişdən öncə siz şirkət haqqında oxuyub, onun fəaliyyəti ilə tanış olmusunuz. Bu zaman şirkətin istehsal etdiyi hər hansısa bir məhsul haqqında qısa biliyinizi nümayiş etdirsəniz lap yaxşı olar. 

4. «Arzuladığınız iş haqqında bizə məlumat verin»

Bu sualın da əsas məqsədi sizin konkret bu işə qarşı nə qədər ciddi olduğunuzu yoxlamaqdır.

Suala necə cavab vermək lazımdır? Sadəcə: “Mən burada işləmək istərdim” deməyiniz kifayətdir. 

5. “Beş ildən sonra gələcəyinizi necə görürsünüz?”

Bu sual tələdir. Ona görə də təhsilinizi davam etdirmək, tamamilə başqa sahədə daha yaxşı vəzifəyə keçmək istədiyinizi deyərək tələyə düşməyin.

Suala necə cavab vermək lazımdır? Şirkət tezliklə onun sıralarını tərk edəcək bir işçidə maraqlı deyil. Səmimi olun və düzünü deyin ki,  uzun müddət sizi cəlb edəcək bir iş axtarışındasınız. Əgər sizin fikrinizdə müsahibəsinə gəldiyiniz konkret iş sizə tam uyğundursa, müsahibə götürənə sizin işin uğurlu olmasına maraqlandıran amillər haqqında da soruşa bilərsiniz. 

6. “Sizin ən böyük zəifliyiniz nədən ibarətdir?”

Standart olaraq “mən mükəmmələm” tipli cavablar verməyə tələsməyin. Çox guman müsahibə götürən şəxs bu kimi cavabları dəfələrlə eşidib və artıq bu cavab formasından yorulub. Eyni zaman belə cavab o demekdir ki, siz öz üzərinizdə heç işləmirsiniz.

Suala necə cavab vermək lazımdır? Daha dərinə gedin. Əgər siz özünüzün zəifliyiniz haqqında danışırsınızsa, dərhal onunla bağlı çıxış yolunu da deməlisiniz. Məsələn: “Mən ilk olaraq asan tapşırıqları yerinə yetirir, daha çətinləri sonraya saxlayıram, lakin anlayıram ki, əksinə etmsəm faydalı iş əmsalı daha çox ola bilər”. 

7. “Niyə siz burada işləmək istəyirsiniz?”

Yenə də bu suala cavab sizin konkret bu işə qarşı nə qədər ciddi olduğunuzu və müsahibəyə hazırlaşdığınızı göstərməlidir.

Suala necə cavab vermək lazımdır? Bu suala verə biləcəyiniz 4 uyğun cavabı diqqətinizə çatdırırıq:

  •          “Mənim artıq sizin şirkətdə işləyən bir neçə tanışım var və onlardan şirkət və burada iş prosesi haqqında ancaq müsbət rəylər almışam”
  •          “Veb-saytınızda əməkdaşlarınızın işlə bağlı fikirlərini paylaşdığınızdan çox xoşum gəlib”
  •          “Şirkətinizin çox maraqlı facebook səhifəsi var. Öncədən səhifəni bəyənməyi unutmayın!”
  •          “Sizin şirkət insanlara bu və ya digər işi görmək üçün yardımçı olan keyfiyyətli məhsulların istehsalçısıdır. Həmçinin mən bilirəm ki, siz bu və ya digər təşəbbüsləri də dəstəkləyirsiniz. Sizin məhsul və xeyriyyə fəaliyyətiniz şirkət haqqında çox müsbət təəssürat yaradır” 

8. “Siz tək və ya komanda daxilində işləməyi üstün tutursunuz?”

Əgər tək işləməyi xoşladığınızı söyləsəniz müsahibə götürəndə sizin haqqınızda belə bir düşüncə yarana bilər ki, siz çətin əlaqəyə qura bilən və ancaq öz tapşırığı ilə məşğul olan birisiniz. Digər tərəfdən komanda daxilində işləməyi xoşladığınızı desəniz elə fikir yaranacaq ki, siz müstəqil qərar qəbul edə bilmirsiniz.

Suala necə cavab vermək lazımdır? Qeyd edə bilərsiniz ki, sizə hər iki formatda işləmək uyğundur. Məsələn komanda daxilində işləməklə siz yeni biliklər əldə edə və fikir mübadiləsi həyata keçirə bilərsiniz. Ancaq siz tək işləməyin də zövqlü olduğunu düşünürsünüz. Özünüz qərar verərək, nəyəsə nail olmaqdan çəkinmirsiniz. 

9. “Əvvəli iş yerinizdən niyə çıxdınız?”

Bu suala cavab zamanı keçmiş iş rəhbəriniz və əməkdaşlarınız haqqında mənfi detalları deməyin. Çünki müsahibə götürən keçmiş iş yerinizlə əlaqə saxlayaraq, sizin sözlərinizi yoxlaya bilər bu isə xoşa gəlməz hallar yarada bilər.

Suala necə cavab vermək lazımdır? Mənfi cəhətlərə köklənməmək şərti ilə çıxma səbəbinizin düzünü deyin. Əvvəli iş yerinizdə öyrəndiyiniz biliklər və qazandığınız təcrübəni də qeyd etməyi unutmayın. Çıxma səbəbizi artıq yeni bir sahəyə keçmək, özünüzü yoxlamaq istəyinizlə əlaqələndirə bilərsiniz. 

10. “İş yerinizdə elə olub ki, iş yoldaşınız və ya rəhbəriniz sizdən prinsiplərinizə zidd olan işi görməyi xahiş ediblər?”

Bu sual sizin etika və əxlaqi prinsiplərinizi yoxlamaq məqsədi daşıyır.  Bu zaman keçmiş iş yoldaşlarınız və ya rəhbərinizin dalınca danışmaq formatına keçmədən suala cavab vermək lazımdır.

Suala necə cavab vermək lazımdır? Çalışın ki,cavabınız qısa, dürüst və dəqiq olsun. Peşəkarlıq çərçivəsindən qırağa çıxmadan, keçmiş işinizin məxfi məlumatlarını çatdırmayın. 

11. “Maaşla bağlı nə kimi tələbləriniz var?”

Bu sual hər iki tərəfi xoşagəlməz hala sala bilər. İş burasındadır ki, əksər hallarda müsahibə götürənin maaş müzakirə etmə ixtiyarı olmur. Bu sualı verməklə o, şirkətin sizi işə götürməyə imkanı çatıb, çatmayacağını yoxlamaq istəyir.

Suala necə cavab vermək lazımdır? Müsahibəyə getməmişdən öncə öz sahənizdə mövcud əmək haqqlarını analiz edin. Bundan sonra aşağıda verilmiş 2 cavabdan birini seçə bilərsiniz.

  • Yumşaq cavab forması: “Gələn öncə bu vəzifəyə sizin tələbləriniz haqqında danışaq, ondan sonra mən sizə sualınıza cavab verə biləcəm”.
  • “Mən özümə uyğun, maraqlı iş axtarışındayam və əminəm ki, siz bazara uyğun maaş verirsiniz”. Sadə formada desək “Mən özümə dəyər verirəm və ümidvaram ki, hörmətli bir şirkətlə işləyəcəm.”

Bütün bu suallara cavab zamanı konkret və səmimi olun. Özünüzdən nəsə əlavə şey kəşf etməyə ehtiyac yoxdur. İstənilən halda gec və ya tez yalanınızın üstü açılacaq. Özünüzə əmin olun və əgər müsahibə uğursuz keçdisə bəlkə o iş heç sizə uyğun deyildir.

Insider.pro

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270