KADR İŞİ

Rəhbərliyin sizi xoşlamadığını göstərən – 23 ƏLAMƏT
25 AVQUST
1009

Rəhbərliyin sizi xoşlamadığını göstərən – 23 ƏLAMƏT

2016-08-25 11:00:00

Əgər iş yerinizdə rəhbər sizə nifrət edirsə, siz bunu öncədən bilib, onun fikrini dəyişmək üçün nəsə etmək istərdiniz. Lakin onun sizə qarşı nə münasibət bəslədiyini bilmək bəzən çox çətindir.

Hər birimizin arzusudur ki, iş yerimizdə hər kəs (ən əsas da rəhbərlik) bizi çox istəsin. Məhz onlar bizim karyeramız və əmək haqqımızla bağlı müsbət və ya mənfi rəy sahibləridir. Bir qayda olaraq başçı sizin işdə rahat və xoşbəxt olmanızda əsas rola sahibidir.

Aşağıdakı 23 əlamətə görə, rəhbərin sizə gizlin nifrət hissi bəslədiyini müəyyən edə bilərsiniz.

1. Siz bəd hisslərə qapılmısınız

Bir qayda olaraq rəhbərlikdə sizə qarşı gizlin nifrət hissi varsa buna tam doğurudur demək olmaz. Ancaq özünüzə qarşı iş kollektivinin digər üzvlərindən fərqli mənfi münasibət hiss edirsinizsə, bəd hisslərə qapılmısınızsa şübhələriniz doğru ola bilər. Buna görə də daxili səsinizə qulaq asın və digər əlamətlərə diqqət edin.

2. Siz vacib qərarların qəbulununda iştirak etmirsiniz və sizin fikrinizi soruşmurlar

İş sahənizə aid vacib məsələlərin müzakirəsi və qərar qəbul edilməsi prosesinə siz cəlb olunmursunuzsa demək rəhbərlik sizin fikrinizə güvənmir.

3. Gözünüzün içinə baxmırlar

Rəhbərlik narazı olduğun şəxsin (işçinin) gözünün içinə baxmır. O, qorxur ki, siz onun baxışında aqressivlik hiss edə bilərsiniz və buna görə də mümkün qədər sizinlə bir-başa ünsiyyətdə olmamağa çalışır. 

4. Siz yanında olanda rəhbərlik gülümsəmir

Söhbət başçının çətin günü və ya pis əhval-ruhiyyəsindən getmir. Əgər rəhbərlik sizinlə eyni məkanda olanda bilərəkdən heç gülümsəmirsə bu artıq pis əlamətdir. 

5. Rəhbərlik ancaq sizin işinizin hər bir detalına müdaxilə edir

Rəhbərlik tabeliyində olan bu və ya digər işçinin iş zamanı hər bir addımna fərqli səbəblərdən nəzarət edə bilər. Misal üçün rəhbər işçinin işi tam şəkildə yerinə yetirəcəyinə şübhə edirsə.

Ancaq digər tərəfdən bu rəhbərliyin sizə güvənmədiyinin sübutudur. Bəzən bu hal zamanı özünüzü şikar kimi hiss edə bilərsiniz.

6. Rəhbərlik sizdən uzaq durmağa çalışır

Siz lift gözlədiyiniz zaman başçı pilləkənlə qalxmağa qərar verirsə və ya onun gündəliyi sizinlə görüşmək üçün praktiki olaraq heç vaxt üst-üstə düşmürsə demək başçı sizdən uzaq durmağa çalışır.

7. Sizin mövcudluğunuz hiss olunmur

Rəhbərlik sizinlə qarşılaşan zaman salamlaşıb, sağollaşmırsa demək sizi görməkdən çox da şad deyil.

8. Sizə çox söz sərf olunmur

Əgər sizin “Salam. Necəsiniz?” sualınıza cavab olaraq başçı hər dəfə “Hər şey yaxşıdır” və ya bu kimi digər qısa cavablardan istifadə edirsə, onun sizə ünvanladığı elektron məktublar “Salam, sizə göndərdiyim məktubda” və s. bu kimi ümumi ifadələr olmadan, birbaşa işə keçirsə, demək rəhbərlik heç də sizin pərəstişkarınız deyil.

9. Sizdən narazılıq bədən dilində özünü biruzə verir

Bədən dili çox şey ifadə edir: əgər rəhbərlik sizi görəndə gözləri yana çəkirsə, uzaq durmağa çalışırsa, əllərini sıxırsa və ya siz otağına daxil olan zaman gözlərini kompüter monitoruna zilləyirsə, bu onun sizə qarşı olan əsl münasibətinin göstəricisidir.

10. Sizinlə əsas elektron poçt vasitəsilə əlaqə saxlayıb, danışırlar

Əgər rəhbərlik sizdən narazıdırsa o sizinlə mümkün qədər az danışıb, şəxsi əlaqədə olmağa çalışacaq.Əgər siz danışıqlarınızın əsasən elektron poçt vasitəsilə getdiyinə fikir vermisinizə bu heç də yaxşı amil deyil.

11. Sizi xüsusi layihələr və vacib iclaslara heç vaxt dəvət etmirlər

Əgər özünüzü səfil roluna qoyulduğunu hiss edirsinizsə bu rəhbərliyin sizdən narazı olduğunun brazi nümunəsidir.

12. Rəhbərin otağının qapısı sizin üçün hər zaman bağlıdır

Əgər sizin rəhbərliyin şəxsi kabineti varsa və kabinetin qapısı sizin üzünüzə hər zaman bağlıdırsa demək işiniz barəsində düşünmənizin zamanı çatıb.

13. Sizin fikrinizlə heç vaxt razılaşmırlar

Əgər rəhbərlik heç bir təşəbbüsünüzü dəyərləndirmir, təkliflərinizin heç biri ilə razılaşmır, ancaq digər əməkdaşlara fərqli münasibət göstərirsə bu onun sizə qarşı heç də müsbət hisslər bəsləmədiyinin bariz nümunəsidir.

14. Sizdən ailəniz haqqında soruşmurlar, şəxsi həyatınızla maraqlanmırlar. Sizinlə ancaq iş barəsində söhbət edilir.

Siz rəhbərliyinizin sizdən başqa digər əməkdaşlarla övladları və ya hobbiləri haqqda danışdığına fikir vermisinizsə demək o sizinlə heç bir şəxsi məlumatı paylaşmaq istəmir.

15. Heç kəsin etməyəcəyi tapşırıqları ancaq sizə həvalə edirlər

Əgər rəhbərlik sizə, sizin ixtisas və tərcübənizə uyğun olmayan, xırda ofis işlərini tapşırırsa demək o sizə bir mütəxəssis kimi güvənmir, sizə hörmət etmir. Ən pis halda bunula o sizə yeni iş yeri axtarmağınızın vaxtı çatdığını işarə etmək istəyir.

16. Sizin işiniz haqqında danışan yoxdur

Sizə yardımçı olmaq istəyən rəhbər işinizdə haqqında öz rəyini bildirəcək. Pis və ya yaxşı lakin hər zaman öz fikrini deyəcək. Əgər rəhbər sizin gördüyünüz işlə bağlı heç bir fikir bildirmirsə demək sizin karyeranız və zəhmətiniz onu heç maraqlandırmır.

17. Bir qayda olaraq sizin işinizlə bağlı narazılığını bildirir

Əgər sizin təşəbbüs və zəhmətiniz iclaslar zamanı açıq tənqid olunursa bu rəhbərliyin sizə hörmət etmədiyi deməkdir. Əgər rəhbər bilərəkdən hər dəfə sizi aşağılayırsa demək onun sizə qarşı simpatiyası yoxdur.

18. İşdə sizinlə heç kəs zarafat etmir.

Bəzən rəhbərlik işçiləri ilə dostcasına zarafat edir. Bunun əsas məqsədi sizin komanda üzvü olduğunuzu göstərməkdir. Lakin belə zarafatlar sizdən hər zaman yan keçirsə demək rəhbərlik sizi komanda üzvü kimi nəzərə almır.   

19. Sizin nailiyyətlərinizi öz adına çıxarır

Bəzən rəhbərlik uğurlu işçilərinin nailiyyətlərini öz adına çıxarır. Əgər rəhbərlikdə sizə qarşı gizli nifrət hissi varsa o, sizin hər hansısa bir uğurunuz görüb, onu qeyd etmək ideyasına belə qarşı çıxacaq. 

20. Maraqlı iş layihəsini sizə vermədilər

Bazar ertəsi işə gəldiniz və məlum oldu ki, cümə günü sizə tapşırılmış prespektivli iş layihəsi möcüzəli şəkildə sizin iş yoldaşınıza həvalə edilib. Ziddiyətli rəhbərlik tez-tez bir layihəni müxtəlif işçilərə tapşırır. Bu zaman tabeliyində olan işçinin hissləri rəhbərliyi çox da maraqlandırmır. Lakin rəhbərlik sizə qarşı davamlı şəkildə belə addım atırsa bu çox pis əlamətdir.

21. “Əsas məsələlər üzrə fikirlərimiz üst-üstə düşmür” və ya “Biz deyəsən bu məsələni fərqli-fərqli görürük” ifadələrini tez-tez eşidirsiniz

Əgərrəhbərlik sizin fikrinizlə çox nadir hallarda razılaşırsa və prinsipcə sizin bir mütəxəssis kimi fikriniz onu elə də maraqlandırmırsa demək siz rəhbərliyin elə də ürəyincə olmayan bir işçisiniz.

22. Öz ünvanınıza davamlı şəkildə sarkazm eşidirsiniz

Sarkazım əksər hallarda düşmənçilik münasibətinin bir növü və açıq lağ formasıdır. Buna görə də rəhbərliklə danışan zaman onun sözlərindəki sarkazm ifadələrinə diqqət edin. Sarkazm rəhəbrin xarakterinin bir hissəsi də ola bilər, ancaq əgər o bu formada tək sizinlə danışırsa demək o sizin haqqınızda elə də böyük fikir sahibi deyil.

23. Sizə digərlərindən daha az vaxt sərf edirlər

Əgər sizinlə söhbər zamanı rəhbərlik sizin nə dediyinizə fikir vermirsə və ya səbrini itirirsə demək siz onun xoşuna gəlmirsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275