KADR İŞİ

Qadınlar üçün HR kursu açıldı
28 İYUL
690

Qadınlar üçün HR kursu açıldı

2016-07-28 15:51:00

"WoWoman" qadınlara işədüzəlmənin sirlərini öyrədən HR kurslarına start verdi. HR Academy layihəsinin rəhbəri Çinarə Əliyeva fins.az-a bildirib ki, kursda dərslər həftədə 2 dəfə olmaqla 2 ay davam edəcək.

300-dən artıq müraciət alan ilk kursda seçilən 50 xanım iştirak etmək hüququ qazanıb. HR Academy ilk kursunda iştirak edə bilməyən xanımlar isə payız aylarında start götürəcək ikinci kursa qatıla biləcək.

WoWoman müxtəlif sahələr üzrə tədbirlər, layihələr, kurslar həyata keçirəm platforma kimi müasir dövrün tələb olunan təlim proqramını təşkil edib. Ç.Əliyeva artıq 3 modul üzrə təlimlərin keçirildiyini bildirdi. Qeyd edib ki, HR Academy çərçivəsində xanımlar əmək qanunvericiliyi, iş etikası, işədüzəltmənin iqtisadi əsasları və digər mövzuları mənimsəyərək bu sahədə karyeralarını qura biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275