KADR İŞİ

Rabitə Nazirliyində yeni təyinat
14 İYUL
470

Rabitə Nazirliyində yeni təyinat

2016-07-14 17:33:00

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə yeni təyinat olub.

Fins.az APA-ya istinadən  xəbər verir ki, Zamin Nurəhmədov nazirliyin aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, daha öncə bu vəzifəni İlham Mərdanov tutub. Əlavə edək ki, İ. Mərdanov sabiq təhsil naziri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun qardaşıdır. 

Z. Nurəhmədov 2013-2016-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı" MMC-nin Dövlət qurumları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272