KADR İŞİ

Ədliyyə Nazirliyində yeni struktur və vəzifə yaradılıb
11 İYUL
833

Ədliyyə Nazirliyində yeni struktur və vəzifə yaradılıb

2016-07-11 17:13:00

Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”də dəyişikliklər edib. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, dəyişiklik Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin bölmələrinin yaradılması və nikah evlərində müdir müavini vəzifəsinin təsis edilməsi ilə bağlıdır. Qeydiyyat şöbələrinin bölmələrinin vəzifələri də müəyyənləşib. Bura nazirliyin müəyyənləşdirdiyi bölgü üzrə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamə, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış, təsis sənədlərinin (nizamnamənin və ya əsasnamənin, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və digər sənədlərin) surətini və dövlət qeydiyyatı haqqında şəhadətnamənin dublikatını vermək, qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin təsis sənədlərində edilmiş dəyişikliklərin, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatını aparmaq, onların adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamə vermək, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin ləğvi barədə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeyd aparmaq, qeyri-kommersiya qurumları və təhsil müəssisələri barədə reyestr məlumatlarının, habelə onların təsis sənədlərinə edilmiş dəyişikliklər və qeydə alınmış faktların sonrakı dəyişiklikləri barədə məlumatların qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə və müvafiq informasiya sisteminə ötürülməsini həyata keçirmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətini yoxlamaq, aşkar edilmiş qanun pozuntusu və nöqsan barədə müvafiq rayon (şəhər) icra hakimiyyətini, göstərilən hallar mütəmadi baş verdikdə və ya ciddi nöqsanlar mövcud olduqda nazirliyi məlumatlandırmaq və icra hakimiyyətinin nümayəndəliyini vətəndaşlıq vəziyyəti akt qeydlərinin və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ilə təmin etmək daxildir. 

Qeydiyyat şöbəsinin bölmələri vəzifələrini həyata keçirmək üçün icra hakimiyyətinin nümayəndəliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində fəaliyyətinin yoxlanılmasının nəticəsindən asılı olaraq müvafiq tədbirlər görmək, o cümlədən aşkara çıxarılan nöqsanların aradan qaldırılmasında müvafiq vəzifəli şəxslərə köməklik göstərmək, habelə bu istiqamətdə regional ədliyyə şöbələri ilə əməkdaşlıq etmək, qeyri-kommersiya qurumlarının, təhsil müəssisələrinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində xarici dövlətlərin müvafiq təcrübəsinin öyrənilməsində iştirak etmək hüququna malikdir. Bu dəyişikliklərdən sonra müvafiq olaraq qeydiyyat şöbələri fəaliyyətini birbaşa və ya strukturunda olan bölmələri vasitəsi ilə həyata keçirəcək. 

Qeydiyyat şöbəsinin bölməsinə rəhbərlik edən şəxsin vəzifələri də müəyyənləşdirilib. Bura qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılmasını, təsis sənədlərinə edilən dəyişikliyin, eləcə də qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasını təmin etmək, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin ləğvi barədə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeyd aparılmasını təmin etmək, qeyri-kommersiya qurumları və təhsil müəssisələri barədə reyestr məlumatlarının qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə ötürülməsinə nəzarət etmək, qeyri-kommersiya qurumlarının, təhsil müəssisələrinin və vətəndaşlıq vəziyyəti akt qeydlərinin dövlət qeydiyyatına dair zəruri məlumatların müvafiq informasiya sistemlərinə ötürülməsinə və ötürülən məlumatların dəqiqliyinə nəzarət etmək daxildir. 

Nikah evlərində müdir müavinlərinin də səlahiyyətləri müəyyənləşib. Nikah evinin baş mütəxəssisi (böyük inspektor), böyük mütəxəssisi (inspektor) və aparıcı mütəxəssisi (kargüzar) vəzifə və iş bölgüsünə əsasən müdir müavininin tapşırıqlarını yerinə yetirəcək.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272