KADR İŞİ

Professional Maliyyə Menecerləri Assosiasiyası yeni təşkilata üzv oldu
05 İYUL
216

Professional Maliyyə Menecerləri Assosiasiyası yeni təşkilata üzv oldu

2016-07-05 11:54:00

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası Avropanın Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) üzv olub. Təşkilatlan fins.az-a verilən məlumata görə, 22-25 iyun 2016 tarixində İspaniyanın Madrid şəhərində Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə — Avropanın mühasib, audit və maliyyə sektoru üzrə tanınmış mütəxəssislərini cəmləşdirən İllik konfrans keçirildi. 

Böyük sevinc hissi ilə qeyd etmək istərdik ki, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası da 2016-cı il mart ayından etibarən EFAA –ya , bu nüfuzlu təşkilata üzvlüyə qəbul olunmuşdur və təmtəraqlı imzalanma mərasimi də elə bu möhtəşəm konfrans tədbirləri çərçivəsində baş tutdu.  EFAA-nın Avropada 320,000 mühasib və auditorları təmsil edən 17 üzvü var və APFM-in də bu üzvlər arasında yer tutması çox böyük əhəmiyyət kəsb edir. 

Tədbir “Dəyişən standartlar, innovasiyalar və bazar tənzimlənməsi” mövzuları üzrə bir neçə sessiyadan ibarət idi. Konfrans keçirilən müddətdə Madrid şəhərinin görməli yerlərinə ekskursiyalar da təşkil olundu. Assosiasiya bu tədbirdə geniş nümayəndə heyəti ilə təmsil olunurdu.

Konfransda müzakirə olunan mövzular mövcud qlobal bazar iqtisadiyyatının tələblərinəəsasən ölkəmizdə də fəaliyyət göstərən iri müəssisə və təşkilatların öz mövqelərini qoruyub saxlaması və inkişaf etdirmələri üçün biznes prosesləri sisteminin səmərəliliyinin artırılması və müəyyən dəyişikliklərin həyata keçirilməsi baxımından çox mühüm idi və bu sahədə çalışan mütəxəssislərin maarifləndirilməsində, beynəlxalq təcrübənin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275