KADR İŞİ

İctimaiyyətlə əlaqələr üzrə təlim keçiriləcək
30 İYUN
122

İctimaiyyətlə əlaqələr üzrə təlim keçiriləcək

2016-06-30 11:40:00

“Alibayov Kommunikasiya & Konsaltinq” şirkəti və Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (Fransa) tərəfindən iyul ayında  “Şirkətin (təşkilatın) mətbuat xidməti: müasir trend və drayverlər” elmi-metodiki ixtisasartırma proqramına qəbul elan edir.  Şirkət, təşkilat, dövlət qurumlarının mətbuat xitmətlərində çalışanlar, KİV-lə əlaqələr sahəsində fəaliyyət göstərən fərdi məsləhətçilər, kommunikasiya üzrə tədris edən ali təhsil müəllimləri və elmi işçilər dəvətlidir. 

Təlimlər iyul ayının 9-dan etibarən şənbə və bazar günləri (hər gün 4 saat olmaqla) Bakı şəhərində keçiriləcək.  24 saat üçün nəzərdə tutulan bu proqramı bitirənlərə

Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu və Alibayov Kommunikasiya & Konsaltinq Şirkətinin ixtisasartırma sertifikatları təqdim ediləcək. 

Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu ilə razılaşdırılmış proqram zamanı toxunulacaq mövzular:

1. İctimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar

2. Mətbuat xidməti necə olmalı, nə etməli və necə etməlidir

3. Kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio...

4. Hədəf auditoriyalara görə informasiya kanallarının seçimi

5. Hədəf auditoriyalar üçün nəzərdə tutulmuş ismarıcların klassik və müasir çatdırılma yolları

6. Mətbuat xidməti və KİV: bir velosipedin iki təkəri

Proqramda iştirak haqqı 260 AZN-dir, elmi işçi və müəllimlər üçün iştirak haqqı 220 AZN-dir (iki sertifikat təqdim edilir).

Bir yerli sertifikat təqdim edildikdə iştirak haqqı 160 və 120 AZN-dir. 

Proqramın rəhbəri, Alibayov Kommunikasiya & Konsaltinq Şirkətinin baş direktoru,

Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyovdur. 

Qeydiyyat üçün: 012 4980670, 050 2336682 nömrələrinə zəng edin və ya vali@alibayov.com ünvanına yazın.  Qeydiyyat 06.07.2016-cı il tarixədəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275