KADR İŞİ

İşçilər bütün günü smartfonla oynayırlar - ARAŞDIRMA
28 İYUN
440

İşçilər bütün günü smartfonla oynayırlar - ARAŞDIRMA

2016-06-28 13:35:00

Amerika şirkətləri işçilərinin iş vaxtı smartfonla vaxt keçirməsindən cana doyublar. Fins.az-ın məlumatıçna görə, bu ABŞ şirkətləri arasında aparılan araşdırmada məlum olub. 

ABŞ-da hər şirkətdən birinin rəhbəri hesab edir ki, onun işçiləri gündə 8 saat əvəzinə 5 saatdan da az işləyir. İşəgötürmə şirkəti olan «CareerBuilder»in tədqiqatlarına əsasən, işəgötürənlərin 55%-i qeyd edir ki, işçilər iş vaxtının böyük hissəsini smartfonlarında əyləncəyə və sms-yazışmaya sərf edirlər.
Sorğu göstərib ki, şirkətin hər 10 nəfər işçisindən 8-nin smartfonu var və onların 82%-nin bir gözü bütün günü smartfondadır.

İşçilərin özü belə olmadığını iddia edir. Smartfon sahiblərinin 2/3-si deyir ki, telefondan yalnız iş məqsədilə istifadə edirlər. İşçilərin cəmi 10%-i etiraf edib ki, smartfonlar iş prosesinə mənfi təsir edir.

Lakin araşdırmaçı şirkət işçilərin dediklərinə inanmır. «CareerBuilder»in kadr şöbəsinin rəhbəri Rozmari Hefner deyir ki, iş məqsədilə istifadə olunan smartfonlardan sosial şəbəkə və digər əyləncələrə cəmi bir kliklə keçmək olar. Üstəlik, ofis işçilərinin 65%-i öz smartfonuna işçi email-i qoşmur. Belə olan halda smarntfondan iş məqsədilə necə istifadə etmək olar ki?!

Smartfonlarda ən məşhur məşğuliyyət yazışma (65%), hava proqnozunun öyrənilməsi (51%), xəbər oxunması (44%), oyunlar (24%), internet alış-verişidir (24%).

İşəgötürənlərin ¾-ü iddia edir ki, onların işçiləri bu səbəbdən hər gün 2 saat işdən yayınırlar, 43%-i isə 3 saatdan çox yayınır. Bununla mübarizənin ən təsirli üsulu müəyyən saytların bloklanmasıdır (bundan işəgötürənlərin 32%-i istifadə edir), daha sonra, şəxsi zənglərə qadağa (26%), nahar və fasilə vaxtlarının dəqiq müəyyən edilməsi (24%), elektron poçtun və girilən saytların nəzarətindədir (19%).

İşəgötürənlərin fikrincə, işçilər işləməmək üçün bütün yollara əl atırlar: onlar iş masalarını sancaqlardan ibarət zəncirlə bəzəyirlər, naxış vururlar, ponçik bişirir, hətta iş yerlərinə çantalarında gizlincə pişik də keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272