KADR İŞİ

Azərbaycanda yüksək vəzifəlilər üçün - TƏLİM KEÇİRİLƏCƏK
02 İYUN
366

Azərbaycanda yüksək vəzifəlilər üçün - TƏLİM KEÇİRİLƏCƏK

2016-06-02 13:11:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycanda strateji təhlil, planlaşdırma və idarəetmə sahəsində kadr hazırlığına tövhə vermək üçün "Strateji idarəetmə" mövzusunda təlim təşkil edir. Mərkəzdən fins.az-a verilən məlumata görə, iştirak haqqı nəzərdə tutulmayan təlim dövlət və biznes qurumlarının strateji idarəetmə üzrə yüksək vəzifəli rəsmiləri üçün nəzərdə tutulub.

Təlimin tədrisi Harvard Universitetinin məzunu və bu sahədə tanınmış ekspert Sinan Köksoy tərəfindən aparılır. Təlimin modulu uzun müddətli strategiya əsasında bizneslər və layihələri ehtiyatla idarə etmək üçün praktiki yanaşmalar və çərçivələr, strateji təhlil və korporativ planlaşdırmada iştirakçılara yüksək səviyyədə biliklərin tədrisi üçün nəzərdə tutulub. Modulun sonunda, iştirakçılar alternativ həll yollarını müəyyən etmək, təhlil və təklif etmək, biznes strategiyası barədə qərarlar verə bilmək üçün praktiki biliklərə malik olacaqlar.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında ölkədəiqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274